İspaniyanın km77 nəşrinin jurnalistləri yeni Kia EV9 elektromobilini sınaqdan keçirmək qərarına gəliblər. Lakin tam ölçülü Kia EV9 krossoveri “sığın” testində layiqli nəticəni qeydə ala bilməyib. Sınaqlar zamanı avtomobil əsl heyvanla qarşılaşırmış kimi kəskin şəkildə hərəkət zolağı dəyişdirməli, qarşı zolağa keçərək sonra isə öz zolağına qayıtmalıdır. Krossover bu manevri 77 km/saat sürətilə yerinə yetirə bilməyib və mütəxəssislər bunu elektromobilin ölçüləri və çəkisi ilə əlaqələndiriblər.

Yeni Kia EV9 elektrokarı həm güc qurğusu və ötürmə növü, həm də salonun tutumu ilə fərqlənən bir neçə versiyada mövcuddur. Sınaqlarda iştirak edən Kia EV9 modeli GT Line versiyasına və altı nəfərlik  salon konfiqurasiyasına malik olub. 

Bu da 385 at qüvvəli ikimühərrikli elektrik güc qurğusunu, tam ötürməni və fırlanma anını qısa müddətə 600-dən 700 Nm-ə qədər artırmağa imkan verən Boost rejimini ehtiva edir.

Kia EV9 krossoveri ən yaxşı cəhdində 71 km/saat sürətini qeydə alıb ki, bu da "sığın testi" üçün keçid nəticə sayılmır. Mütəxəssislər elektromobilin ümumilikdə təlim keçməmiş sürücü üçün kifayət qədər təhlükəsiz olduğunu qeyd ediblər. Sınaqlar zamanı qeydə alınan məqbul olmayan nəticənin səbəbini isə, krossoverin yüksək çəkisi və böyük ölçüləri ilə izah ediblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.