Elektrikləşdirmə Lamborghini şirkətindən də yan keçməyib. İtalyan istehsalçısı 2024-cü ilin sonuna qədər tamamilə təkrar doldurulan hibridlərin istehsalına keçəcək: flaqman Revuelto superkarı artıq hazırdır, kiçik Huracan modelinin varisi və Urus krossoverinin hibrid versiyası il ərzində hazır olmalıdır.

Planda elektromobillər də var, lakin Lamborghini hələlik ənənəvi modellərini tamamilə elektrikləşdirməyə hazır deyil. Çeşiddə peyda olacaq dördüncü avtomobil məhz bunun üçün nəzərdə tutulub. İndi isə belə elektromobilin ilk prototipi hazırdır. Qarşılayın - Lamborghini Lanzador!

İtalyan istehsalçısı bu modelin formatını Ultra GT adlandırır. Bu, yüksək klirensi və 2+2 oturacaq formuluna malik olan, mükəmməl hamarlığı ilə seçilməyən yollarda (lakin yolsuzluqda deyil) sürmək üçün uyğun gələn güclü kupedir.

Avtomobilin hündürlüyü təxminən 1,5 metrdir (yəni tipik müasir minik avtomobili kimi), lakin onun nisbətləri superkar nisbətlərinə malikdir. Təkər disklərinin diametri 23 düymdür.

Terminologiyaya mümkün qədər diqqətlə yanaşsaq, Lanzador superkarı, ikinci cərgənin oturacaqlarının kürək hissələrini qatlayaraq, əsas arxa baqajı bölməsinin həcmini artırmağa imkan verən üçqapılı hetçbekdir. Ön tərəfdə əlavə saxlanc bölməsi də var.

ALA (Aerodinamica Lamborghini Attiva) aktiv aerodinamika sistemi də mövcuddur, lakin o, Huracan Performante və Aventador SVJ modellərindəkinə bənzər deyil. Ön splitter, arxa diffuzor və ön bamperdəki kanalların qapaqları (ön təkər tağlarına havanı yönəldən) da hərəkətlidirlər. Bu sistem Efficient və Downforce rejimlərinə malikdir.

Salondakı ön paneldə iki əsas ekran (sürücü və sərnişinin qarşısında) və adi güzgülərin əvəzləyən daha üç ekran var. Panoram dam üç uzununa bölmədən ibarətdir. Lamborghini modelləri üçün ənənəvi olan qapağın altında gizlədilmiş mühərriki işə salma düyməsi də saxlanılıb.

Əlbəttə ki, ən maraqlısı texnikadır! Amma onun haqqında məlumat çox azdır. Lamborghini Lanzador üç dartma elektrik mühərrikinə malikdir – onlardan biri ön oxda, ikisi isə arxa təkərlərdə yerləşir. Onların ümumi gücü bir meqavatdan, yəni 1360 at qüvvəsindən çox olacaq. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şassi tənzimlənən pnevmatik asqıya, adaptiv amortizatora və idarələnən arxa oxa malikdir. Yeni LDVI (Lamborghini Dinamica Veicolo Integrata) hərəkət elektronikası kompleksi çoxlu sensorlara və daha mürəkkəb alqoritmlərə malikdir. Hələlik açıqlanan bütün məlumat bundan ibarətdir.

Lamborghini ilk elektromobilini tənzimləmək üçün beş il vaxt gərək olduğunu bildirib - Lanzador seriyaya  2028-ci ildə getməlidir. Bu müddət ərzində mühəndislər elektrokara hazırkı Lamborghini superkarlarının soyunu və idarəetmə xarakterini aşılamağa çalışacaqlar. 

Eyni zamanda, italyanlar Lanzador superkarını şirkətin digər modellərinin istehsal olunduğu Sant'Aqata Bolonyezedəki zavodunda yığacaqlarını vəd ediblər. Bunun üçün istehsalatın əlavə genişləndirilməsi tələb olunacaq. Müqavilə ilə yığımın aparılması ümumiyyətlə nəzərdə tutulmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.