Lexus markası yığcam UX krossoverini yeniləyib. Yığcam krossover daha güclü olub və indi başqa indeksə malikdir. Yaponiya bazarına təkmilləşdirilmiş UX 300h krossoveri çıxır - bu, gücün artması ilə birlikdə indeksi 250-dən 300-ə dəyişən UX hibrid krossoveridir. Artıq benzin-elektrik güc qurğusu 184 əvəzinə 199 at qüvvəsi hasil edir. Arxa oxda quraşdırılan opsional elektrik mühərriki əvvəlki kimi 7 at qüvvəsi deyil, 41 at qüvvəsi təklif edir. Yenilənmiş hibridin satışları 2024-cü ilin əvvəlinə planlaşdırılıb.

Gücün artması ilə yanaşı, UX hibridi bir sıra digər təkmilləşdirmələri də əldə edib. Beləliklə, kuzovun sərtliyi artırılıb, amortizatorlar və əyləc sistemi təkmilləşdirilib. Səs izolyasiyası yaxşılaşdırılıb, yolda olan obyektləri tanıma sistemi isə, motosikletçiləri və velosipedçiləri daha yaxşı “görür”. İnteryer də yenilənib: 12,3-düymlük cihazlar paneli peyda olub, mərkəzi tuneldə isə qeydə alınmayan coystik quraşdırılıb. Bütün yuxarıda göstərilənlərə əlavə olaraq, yaponlar daxili tərtibat üçün yeni variantları təklif edəcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lexus UX 300h modelinin qiymətləri artıq açıqlanıb: 4.559.000-dən 5.657.000 yenə (54.200 - 66.200 manat) qədər. Qeyd etmək gərəkdir ki, bu modelə davamlı tələbat var. 2018-ci ildə bazara çıxandan bəri UX krossoveri 340 min nüsxədə satıb. Üstəlik, onların 90 faizi elektrikləşdirilmiş versiyalardır (hibridlər və elektromobillər).

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.