Pininfarina Battista elektrik hiperkarı Edizione Nino Farina adlı xüsusi versiyaya sahib olub. Avtomobil məşhur dizayner Battista Farinanın qardaşı oğlu olan yarış pilotu Nino Farinanın adını daşıyır. Yeni versiya baza modelindən yalnız tərtibatı ilə fərqlənir: o, ağ zolaqlı qırmızı kuzov rəngi, qızılı təkər diskləri, ikirəngli interyeri, xüsusi dekorasiyası və xatirə lövhələri ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 Texniki dəyişiklik yoxdur: Battista hiperkarı ümumi gücü 1900 at qüvvəsi olan dörd elektrik mühərriki və tutumu 120 kilovat/saat olan dartma batareyası ilə təchiz edilir. Edizione Nino Farina versiyası beş nüsxədə buraxılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.