Yenilənmiş modelin təqdimatının 2024-cü ildə keçirləcəyi barədə məlumat bu yaxınlarda peyda olub. Bu gün isə, Britaniyanın “AutoExpress” nəşri yenilənmiş Octavia modelinin qeyri-rəsmi renderini dərc edib. Gözlənildiyi kimi, Octavia liftbəkinin dizaynı uzadılmış diaqonal elementləri olan modernləşdirilmiş ön fənərlər sayəsində daha da aqressiv olacaq. Renderdə, radiator barmaqlığının yeni aşağı hissəsinə və ön bamperin yan tərəflərindəki başqa hava girişlərinə malik olan avtomobil göstərilir.

Digər dəyişikliklər arasında ön kapotdakı işıqlandırılan emblem (böyük ehtimalla, yalnız top versiyalardə təklif olunacaq), həmçinin təkmilləşdirilmiş multimedia sistemi də var. Bununla belə, sonuncunun ekranının ölçülərinin dəyişəcəyi gözlənilmir.

Yenilənmiş Octavia modelinin 108 at qüvvəlik 1,0-litrlik üçsilindrli baza mühərriki, “mülayim” hibrid güc aqreqatı və 148 at qüvvəli 1,5-litrlik dördsilindrli mühərrik ilə təchiz olunacağı ehtimal edilir.

Bununla yanaşı, jurnalistlər 2020-ci ildən buraxılan Octavia plagin hibridinin yeni Superb kimi 25,7 kilovat-saatlıq batareyanı alacağını gözləmirlər - çox güman ki, o, eyni 13 kilovat-saatlıq batareyanı qoruyub saxlayacaq. Dizel mühərriklərinin çeşidinə gəldikdə, o, 114 - 197 at qüvvəsi hasil edən 2,0-litrlik güc aqreqatları çeşiddə qalacaqlar.

Mənbə: AutoExpress

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.