İnanılmaz sürətlə yeni brendlər və modellər yaradan bir çox Çin avtomobil istehsalçılarından fərqli olaraq, Sony və Honda şirkətləri bu işə bir qədər ehtiyatla yanaşmağa üstünlük verirlər. Bir il əvvəl CES 2023 sərgisində Afeela müştərək brendi altında təqdim edilmiş elektromobil tərəfdaşlar tərəfindən addım-addım və tələsmədən təkmilləşdirilir.

Bu il keçirilən CES 2024 sərgisində tərəfdaşlar elektrik liftbəkinin konveyerə getməyə yaxın olan versiyası nümayiş etdiriblər.

2024-cü ilin Afeela elektrik liftbəki yeni bamperləri və işıqlandırma cihazlarını əldə edib. Fənərlər və onları birləşdirən LED zolaq indi qara parlaq qara maska ilə çərçivələnib - o, ön hissənin mərkəzində yerləşən böyük məlumat ekranını gizlədir.

Öndəkinə bənzər, lakin daha kiçik displey arxa işıqların arasında yerləşir. Sərgi nüsxəsində hər iki ekranda markanın adı göstərilirdi, lakin onlar xüsusi şəkilləri və nişanları də əks etdirə bilirlər. 

Yeni kuzov dəsti liftbəkin uzunluğunu 20 millimetr (4915 millimetr) artırıb, baxmayaraq ki, onun eni (1900 millimetr), hündürlüyü (1460 millimetr) və təkər bazası (3000 millimetr) dəyişməz qalıb.

Elektromobildə arxa görüntü güzgüləri də var, halbuki keçən ilki prototipdə kameralar quraşdırılmışdı. Bununla belə, liftbəkin salonundakı yan arxa görüntü ekranları saxlanılıb. Media sisteminin və rəqəmsal cihazlar panelinin üfüqi ekranları vahid rəqəmsal ön paneli formalaşdırırlar. Bu panel tamamlanmış reallıqlı 3D naviqasiya xəritəsini göstərə bilər.

Ekranda digər avtomobillər, piyadalar, yol nişanları, hava şəraiti və digər hərəkət şəraiti haqqında da məlumatlar da göstərilə bilər. Ətraf mühitin rəqəmsal modeli ən son Unreal Engine 5.3 sistemi tərəfindən hazırlanır, bort sistemi isə, ümumilikdə üçüncü tərəflərin proqramları, oyunları və xidmətləri üçün açıqdır.

Bu, Epic Games oyun nəhəngi ilə sıx əməkdaşlıq sayəsində mümkün olub. Microsoft şirkəti isə, Azure OpenAI xidmətini təqdim edib (ChatGPT ona inteqrasiya olunub) - onun əsasında süni intellektə malik olan elektron köməkçi yaradılacaq: şirkət onu “şəxsi agent” adlandırır. O, həmçinin maşın təlimi ilə tamamlanan Vision Transformer texnologiyasına malik olan xüsusi avtopilotun bir hissəsi kimi istifadə olunacaq.

Afeela liftbəkinin texniki strukturu ilə bağlı daha ətraflı məlumat ortaya çıxıb. Tamötürməli elektrokar hər biri 245 at qüvvəsi hasil edən iki mühərrik (ümumilikdə 490 at qüvvəsi) və 91 kilovat/saatlıq litium-ion dartma batareyası ilə təchiz olunur.

Avtomobil 150 kilovatlıq daimi  və 11 kilovatlıq dəyişən cərəyanlı şarj qurğularına malikdir. Şassi ikiqollu ön və çoxqollu arxa asqıya malikdir. Afeela pnevmatik dayaqları və 21-düymlük təkər disklərini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, bu elektromobilin yaradılmasında əfsanəvi Gran Turismo avtomobil simulyatorları seriyasının yaradıcısı Polyphony Digital oyun studiyası da iştirak edib. Sony və Honda elektromobilin satışlarının başlanması tarixini açıqlamayıb (əvvəllər 2026-cı ilin yazı qeyd olunurdu), lakin virtual Afeela bu ilin sonuna qədər Gran Turismo 7 oyununda mütləq peyda olmalıdır.

Bu arada, CES 2024 sərgisində keçirilən təqdimat zamanı, tərəfdaşlar Sony PlayStation 5 oyunun coystiki vasitəsi ilə prototipi necə idarə etməyin mümkün olduğunu göstəriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.