Pagani şirkəti tələbələrə yeni konseptual superkarı hazırlamağı həvalə edib. Layihədə Turindəki İtalyan Dizayn İnstitutunun 24 tələbəsi iştirak edib: onlar ölçülərinə görə Zonda modelinə yaxın olan Alisea modelinin tamölçülü maketini hazırlayıblar. Konsept kuzovun hamar xətləri, yan güzgülərin nazik forması və uzadılmış arxa hissə sayəsində futurustik görünüşə malikdir. İnstitutun YouTube kanalında dərc edilmiş videoçarxda superkarda Pagani markasının 25 illik yaradıcılıq bioqrafiyasının əks olunduğu qeyd edilir. Əlbəttə ki, yeni baxışla…

Lakin Alisea konsepti elə konsept olaraq qalacaq. İtalyan istehsalçısının planlarında yeni modelin buraxılması yoxdur. Odur ki, Pagani şirkəti Huayra modelinin istehsalını davam etdirəcək. Huayra xəttindən olan sonuncu model bu yaxınlarda debüt edib - bu, çıxarılan dam panelləri və yeni aerodinamik kuzov dəstinə malik olan Huayra R Evo trek superkarıdır. Bu versiya xüsusi olaraq Pagani trek avtomobillərinin sahiblərinin iştirak etdiyi Arte in Pista tədbirlər seriyası üçün hazırlanıb.

İtalyan markasının son tam ölçülü yeniliyi 2022-ci ildə debüt edən Utopia modelidir. Şirkət onun üzərində altı il işləyib və sonunda 864 at qüvvəli 6,0-litrlik V12 mühərriki olan klassik hiperkarı buraxıb. Mercedes-AMG bölməsinin məhsulu olan mühərrik elektrok idarəolunun differensialla bir blokda birləşdirilmiş Xtrac robotlaşdırılmış transmissiyası ilə birlikdə çalışır. Mexaniki transmissiyalı variant da nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pagani Utopia modelinin tirajı 99 nüsxədən ibarət olacaq. Hiperkarın qiyməti vergilər nəzərə alınmadan 2,15 milyon avro təşkil edir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.