Qüvvədə olan dünya çempionu Maks Ferstappen Aston Martin Vantage F1 Təhlükəsizlik Avtomobilinin tısbağa kimi yavaş olduğunu bildirmişdi. Hazırda Aston Martin bu çatışmazlığı sportkarın yeni nəsli vasitəsi ilə aradan qaldırmağa çalışır. Brtitaniyalılar Təhlükəsizlik Avtomobilinin mühərrikinin gücünü 153 at qüvvəsi artıraraq 656 at qüvvəsinə çatdırıblar.

Formula 1 çempionatının yeni Təhlükəsizlik Avtomobili Səudiyyə Ərəbistanı Qran Prisində debüt etməlidir. Onunla birlikdə, Aston Martin DBX 707 F1 krossoveri Tibbi Avtomobili kimi çıxış edəcək. Aston Martin Vantage modelinin keçən ay debüt edən yol versiyasından fərqli olaraq,

F1 üçün xüsusi olaraq hazırlanmış kupe iri ön splitteri və arxa antiqanadı ilə seçiləcək. Bütün bu elementlər, havanın axını yaxşılaşdıran yeni altlıqla birlikdə yeni aerodinamik dəstin tərkib hissələridir. Ən maraqlısı odur ki, damda quraşdırılan “çilçıraq” da aerodinamikanın yaxşılaşdırılması üçün yenidən işlənib.

Salonda da dəyişikliklər mövcuddur. Məsələn, standart oturacaqlar yerlərini Bern Maylander və onun sərnişini üçün nəzərdə tutulmuş yarış kəmərləri olan Recaro Pole Position çalovşəkilli kreslolarına veriblər. Bundan başqa, Aston Martin mərkəzi konsolda dəyişikliklər apararaq, FIA-nın mütləq olan sistemlərinə qoşulmuş paylayıcı qurğunun çoxsaylı düymələri yerləşdirilib.

Sərnişin tərəfində trekdəki bolidlərin mövqeləri, real vaxt rejimində dövrəni keçmə zamanı və arxa kameradan alınan videogörüntülər göstərilən bir neçə ekran quraşdırılıb. Salonun Lime Essence tərtinbatı Vantage F1 modeli üçün eksklüzivdir və parlaq Aston Martin Racing Green rənginə istinaddır.

2021-ci ildən Aston Martin və Mercedes-Benz şirkətləri Formula 1 üçün təhlükəsizlik avtomobilləri yaradılması məsuliyyətini bölüşürlər. Almanların hazırladığı Safety Car ən son Mercedes-AMG GT Black modelinə əsaslanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Vantage sələfindən güclü olsa da, alman avtomobilindən geri qalır, çünki Mercedes superkarı 720 at qüvvəsinə malikdir. Hər iki avtomobilin bölüşdüyü təkcə onların vəzifəsi deyil, həm də AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbo mühərrikidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.