AvtoVAZ şirkətinin təhlükəsizlik xidməti zovodun sexlərinin birində həcmli Mercedes nişanının hazırlanması üçün nəzərdə tutulmuş detallar dəstini aşkar edib. Bu barədə «Voljskiy avtostroitel» qəzetinə istinadən Motor.ru saytı xəbər verib.

Tapılmış detallar dəstinin tərkibində oymaqlar, dirəklər, itələyicilər, puansonlar və AvtoVAZ-ın istehsal meydançasından birinə aid ola biləcək başqa avadanlıq aşkar edilib. Bu avadanlıqdan saxta emblemlərin istehsalında istifadə edildiyi ehtimal olunur. Hazırda fakt üzrə daxili tədqiqiat aparılır.

Daha bir saxta ehtiyat hissələrinin istehsalı Yaroslavl vilayətinin Pereslavl-Zalesski şəhərində aşkar edilib. Orada Lada avtomobilləri üçün detallar buraxılımış. Sonrada bu detallar Tolyattiyə göndərilirmiş.