Bentley şirkəti Bentayga hibrid krossoverinin yenilənmiş versiyasını təqdim edib. Bundan əvvəl yenilənmiş krossoverin 550 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərriki olan modifikasiyası və 635 at qüvvəli 6,0-litrlik W12 mühərriki ilə hərəkətə gələn Speed versiyası təqdim edilmişdi.

Krossoverin hibrid güc qurğusu dəyişilməz qalıb. Hibrid qurğunun tərkibinə  3,0-litrlik V6 biturbo mühərriki, 128 at qüvvəli elektrik mühərriki və 17,3 kilovat-saatlıq batareya daxildir. Hibrid qurğunun ümumi hasilatı 450 at qüvvəsidir.

Yenilənmiş hibridin dinamik xüsusiyyətləri dəqiqləşdirilməyib. Yəqin ki, onlar da dəyişməyəcəklər: yenilənmədən əvvəlki versiya 100 km/saat həddini 5,5 saniyəyə toplayır və 254 km/saatlıq maksimal sürət həddinə malik idi.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) verdiyi məlumata görə, hibrid Bentayga elektrik ötürməsi ilə 29 kilometr yol qət edə bilər. Eyni zamanda, qarışıq edilmiş dövrdə və magistraldakı yanacaq sərfiyyatı V8 mühərriki ilə təchiz olunmuş avtomobilin göstəricisi ilə müqayisə oluna bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid modifikasiya da digər versiyalarda olduğu kimi yenilənmiş eksteryer və interyerə sahib olub. Modelin ön və arxa hissələrinin dizaynı tamamilə dəyişdirilib. Salonda baş verən dəyişikliklər yeni multimedia sistemindən və rəqəmsal cihazlar panelindən ibarətdir.