Bu günlərdə paparazzilərə maraqlı bir avtomobil rast gəlib. İlk baxışdan qarşımızda cari nəsil Range Rover modelinin durduğunu düşünə bilərik, lakin bu avtomobil 2022-ci ildə debüt edəcək yeni nəsil Range Rover modelinin ilk sınaq prototipidir.

Məlumdur ki, yeni Range Rover modeli alüminiumdan hazırlanmış tamamilə yeni Modular Longitudinal Architecture (MLA) platformasında inşa ediləcəkdir. Yeni platforma ofrouderi müxtəlif növ mühərriklər ilə təchiz etməyə imkan verəcəkdir. Yeni Range Rover modeli benzin və dizel mühərrikləri, hibrid, qoşulan hibrid, yanacaq elementləri ilə çalışan aqreqat və elektromotor ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt

Hazırda Jaguar Land Rover konserni Range Rover, Range Rover Sport, Velar və Jaguar F-Pace modellərinin istehsal edildiyi Solihalldaki zavodu yeni platformaya keçirmək üçün hazırlayır. Keçən il Discovery modelinin istehsalının Slovakiyanın Nitta şəhərindəki zavoda keçirilməsi də, yeni layihə üçün yerin boşaldılması məqsədini daşıyırdı.