BMW şirkəti i3 elektrokarının kiçik daxili yanacaq mühərriki ilə təchiz edilən variantından imtina edib. 650 kub santimetirlik mühərrukdən hərəkət zamanı batareyaları dolduran generator kimi istifadə edilirdi.

Məlumdur ki, sentyabr ayının sonunda alman istehsalçısı i3 modelinin yenilənmiş versiyasını təqdim etmişdir. Yenilənmiş model daha tutumlu batareyaya sahib olub. Elektrokarın batareyasının həcmi 19,2 kilovat-saat artırılaraq 42,2 kilovat-saata bərabər olub. Yeni akkumulyatorlar bloku sayəsində elektromobilin yürüş məsafəsi 30% artaraq 260 kilometr olub.

Xatırladaq ki, benzin mühərriki olan i3 modeli 330 kilometr qət edə bilərdi. BMW i3 modeli 170 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Modelin «idman» variantı olan i3s modifikasiyası isə 184 at qüvvəsinə malikdir. Adi i3 modelinin maksimal yürüş ehtiyatı 285-310 kilometr təşkil edir.