BMW şirkəti iNEXT elektrik krossoverini iri bükük displey ilə təchiz edəcəkdir. Bu displey, X5 krossoverində debür etmiş BMW Live Cockpit Professional sisteminin təkamülü olacaq və sürücüyə gərək olan məlumatı lazımi zamanda çatdırmaq imkanı yaradacaqdır.

Curved Display ekranı elə quraşdırılıb ki, onun mərkəzi paneldəki bərkitmə nöqtələri sərnişinlərə görünməyir. Bu, «yüngüllük» və «sərbəst süzmə» effektini yaradacaqdır . Curved Display ekranının yaradılması zamanı istehlak elektronikası sahəsində tətbiq edilən texnologiyalardan istifadə edilib. Sürücünün gözlərinin müdafiəsi üçün ekran parıldamayan şüşədən, bərkitmə kronşteynləri isə maqneziumdan hazırlanıb. 

Displey sensorlu idarəetməni dəstəkləyir, kontentin sürücü və sərnişin üçün fərdi tənzimləməsini təmin edir. Vəziyyədən aslı olaraq, müəyyən elementləri sürcünün görüntü sahəsindən sərnişinin görüntü zonasına keçirmək mümkündür.

BMW iNEXT modelini alman markasının yeni texnoloji bayraqdarı adlandırırlar. Krossoverin istehsalına 2021-ci ildə Dinqolfinqdəki (Almaniya) zavodda başlnacaqdır. Seriya krossoveri Vision iNEXT konseptinə əsaslanacaqdır. İstehsalçı bu modeldə gələcəyin əsas texnologiyalarının cəmləşdiyini iddia edir. Bunlar elektrik güc aqreqatı, İnternetə daimi qoşulma və avtonom idarəetmə imkanıdır.