Bu il BMW M bölməsi 50 illik yubileyini qeyd edir. Əlamətdar hadisənin qeyd olunduğunu gündən - yəni 24 mart tarixindən başlayaraq, alman istehsalçısı əfasanəvi emblemin rənglərini dəyişmək qərarına gəlib. Bundan sonra Bavariya markasının ən güclü və yeyin avtomobilləri titan bürücündən (mis və titanın qarışığı) haşiyəsi olan qara emblem ilə işarələnəcəklər. Yeni emblemi birinci alan M bölməsinin ilk hibridi -model XM krossoveri olacaqdır. Onun təqdimatı 2022-ci ilin sonuna qədər keçirilməlidir.

Şirkətdən hazırda buraxılan modellərin əvvəlki emblemi qoruyub saxlayacağını, qara emblemin isə gələcək avtomobillərdə quraşdırılacağını bildiriblər. Bundan başqa, bavariyalılar modelin iyerarxiyadakı yerindən asılı olaraq, M xəttinin yeni rəng kondlaşdırmasını tətbiq edirlər: məsələn, M4 CSL kupesi qırmızı haşiyəli üçrəngli M loqotipini, iX M60 isə qızılı haşiyəsi olan qara loqotipi alacaq.

BMW Motorsport bölməsi 24 mart 1972-ci ildə yaradılıb və sonradan M GmbH bölməsinə çevrilib. İdman bölməsi özünün 50 illik yubileyinə bir neçə yenilik hazırlayıb. Üstəlik, alıcılara 1973-1978-ci illərdə istifadə edilən klassik BMW Morotsport emblemi olan avtomobili sifariş etmək də təklif olunur. Mavi rəng - BMW markasının, qırmızı rəng - avtoidmanın, bənövşəyi isə onlar arasında bağlılığın rəmzidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.