Bu günə qədər yeni avtomobil “ovçuları” yalnız yeni nəsil BMW 4 Series Convertible kabrioletinin şəkillərini çəkərək diqqətimizə təqdim ediblər. “Bərkgedən” BMW M4 Convertible prototipi isə, ilk dəfə onlara rast gəlib.

Cəsuslar “bərkgedən” kabrioletin prototipini “Nordşlyayfe”nin yaxınlığında çəkməyə müvəffəq olublar. Bu isə, M4 modelinin açıq versiyasının əfsanəvi trassda sınandığından xəbər verir. Kamuflyaja bürünmüş avtomobil BMW 4 Series Convertible prototipindən seçilməsə də, onun M4 Convertible olduğunu sübut edən bir neçə detal var. Birincisi, təkər diskləri, ikincisi isə onların milləri arasından görünən M emblem daş;yan əyləc supportlarıdır. Bundan başqa, M4 kabrioletinin daha aqressiv kuzov dəstinə də malik olacağı şübhə doğurmur.

Image alt Image alt Image alt

İlkin məlumata görə, yeni BMW M3 və BMW M4 modelləri 3,0-litrlik sıralı altısilindrli mühərrik ilə təchiz ediləcəkdirlər. Adi versiyada mühərrik 473, Competition indeksli modellərdə isə, 503 at qüvvəsi hasil edəcəkdir. M3 və M4 modellərinin mexaniki və robotlaşdırılmış qutu, həmçinin arxa və ya tam ötüməli çəkiş sistemi ilə təchiz ediləcəyi də söylənilir.

Hər iki M-modelinin təqdimatı 2020-ci ilin ortasında baş tutmalıdır. Kabriolet M4 kupesindən sonra debüt edəcəkdir. BMW M4 modelinin isə, BMW M3 sedanı ilə eyni vaxtda təqdim ediləcəyi gözlənilir.