BMW şirkəti iX3 elektrik krossoveri haqqında müəyyən məlumatı paylaşıb. Elelktromobil beşinci nəsil eDrive elektromotorlarına sahib olacaq və enerji yükləmədən dolu batareya ilə 400 kilometrdən artıq məsafə qət edəcəkdir. Yeni elektrokarın istehsalına 2020-ci ildə başlanmalıdır.

2018-ci ildə Pekində konsept qismində debüt etmiş BMW iX3 krossoveri beşinci nəsil eDrive texnologiyası ilə təchiz edilən ilk avtomobil olacaqdır. Yeni nəsil eDrive texnologiyası elektromotor, transmissiya və güc elektronikasını bir modulda toplamağa imkan verir. Alman istehsalçısı bu texnologiyanı iX3 modelində sınaqdan çıxararaq, sonradan elektromotorlarla hərəkətə gələn BMW i4 sedanında və markanın texnoloji bayraqdarı olan BMW iNext krossoverində tətbiq etmək niyyətindədir.

BMW şirkəti eDrive sisteminin bütün komponentlərinin özünün istehsal etdiyini bəyan edib. Elektromotorların konstruktiv xüsusiyyətləri nadir tapılan metallardan istifadədən tamamilə imtina etməyə imkan verib. Bundan başqa, istehsalçı batareya üçün lazım olan kobalt və litiumu birbaşa malgöndərənlərdən aldığını bildirib.  Akkumulyatorlar NMC katod kimyası xəttində sonuncu olan 811 sxeminə (katodun tərkibində nikel, manqan, kobalt oksidi 8: 1: 1 nisbətində olur) əsaslanır və prizmatik özəklərdən ibarətdirlər. BMW şirkəti hazırladığı batareyaların bu günə təklif edilən batareyalar arasında ən optimalının olduğunu iddia edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW iX3 modelinin arxa oxunda quraşdırılmış elektromotor 286 at qüvvəsi və 400 Nm fılanma anı təklif edəcəkdir. Güc aqreqatı 74 kVs-lıq batareyadan qidalanacaqdır. Nəticədə, elektrik krossoverinin yürüş ehtiyatı 440 km səviyyəsində (WLTP) olacaqdır.

BMW şirkəti karbon izinə də xüsusi diqqət yetirir - burada xammal tədarükündən tutmuş avtomobilin utilizasiyasına qədər olan istehsal dövrü nəzərdə tutulur.  Beləliklə, BMW X3 sDrive 20d ilə müqayisədə,  iX3 elektrokarı bu müddət ərzində 30 faiz daha az karbon qazının yayılmasını təmin edəcəkdir. Dartma batareyaları stasionar enerji mənbəyi kimi yenidən istifadə olunması halında, tullantıların səviyyəsini bir qədər də azaltmaq olar.