BMW şirkəti 2023-cü ilə qədər 7 Series sedanını V12 mühərriki ilə təchiz edəcəkdir. Mühərrikin sonrakı taleyi həll edilməmiş qalır. Əvvəl alman istehsalçısı bu mühərrikdən imtina etdiyini bildirmişdi. Lakin, deyəsən, istehsalçı bu məsələyə olan baxışını dəyişib.

«Top Gear» nəşrinə müsahibə verən şirkət nümayəndəsi Mixael Bayer BMW markasının V12 mühərrikini minimum 2023-cü ilə qədər istifadə edəcəyini bildirib. Bu əsasən 7 Series bayraqdar sedanına aiddir. Bundan sonrası məlum deyil.

Beləliklə, BMW 7 Series sedanı üçün V12 mühərrikini iyirminci illərin ortalarına kimi qoruyub saxlayacaqdır. Bu məsələdə Münhen istehsalçısı əsas rəqibi olan Mercedes-Benz şirkətini üstələyəcəkdir. Məlumdur ki, Ştutqart təmsilçisi V12 mühərrikindən cari nəsil S-Class bayraqdan sedanına quraşdırmaqdan imtina etmək niyyətindədir.

Hazırda 600 at qüvvəli 6,6-litrlik V12 mühərriki bayraqdar sedanın M760i modifikasiyasında və Rolls-Royce Ghost sedanında quraşdırılır.