Şayiələr görə, BMW şirkəti gizlilik rejimində daha bir dəbdəbəli krossoveri hazırlayır. Yeni avtomobil BMW X7 modelinin kupe-krossover versiyası olacaqdır. Belə bir krossoverin hazırlandığı barədə şayiələr çoxdan gəzir, lakin ilkin təsdiqini indi tapıb. Model həqiqətən hazırlanır və bazara BMW X8 adı ilə çıxarılacaqdır.

Xatırladaq ki, bu il alman istehsalçısı X8 ticarət nişanını qeydiyyatdan keçirib. BMWBlog saytının məlumatına görə, yeni modelin layihəsi zavoddaxili G09 indeksi ilə işarələnib. BMW X8 modeli barədə rəsmi məlumat yaxın vaxtlarda verilməlidir. Yeni krossover BMW X7 modelindən kuzov forması və dörd fərdi oturacağı olan salonu ilə seçiləcəkdir.

BMW X8 modeli nəinki alman istehsalçsının yeni bayraqdar modeli, həm də markanın ən bahalı müasir seriya avtomobili olacaqdır.