BMW X5 və X6 krossoverlərindən iki həftə sonra, ən güclü və ən sürətli X5 M və X6 M modellərinin yenilənmiş versiyaları təqdim olunub. “Bərkgedən” krossoverlər də baza modelləri ilə eyni üslubda yeniləniblər. M versiyaları da yeni fənərləri olan ön tərəfi, günəşliksiz paneli olan interyeri və daha qabaqcıl elektronikanı alıblar. Amma bəzi özünəməxsus xüsusiyyətlər də var.

M bölməsi planlaşdırılmış restaylinq zamanı nadir hallarda avtomobillərin texniki hissəsini dəyişdirir. Əhəmiyyətli dəyişiklikləri yeni nəslin buraxılışı üçün saxlayırlar. Lakin böyük M-krossoverləri üçün istisna edilib.

Xatırladaq ki, X5 M və X6 M modellərinin 600 at qüvvəli mühərriki olan ilkin versiyaları bir il yarımdan az müddət ərzində istehsal ediliblər, 2021-ci ildə isə, onlar ümumiyyətlə modifikasiya çeşidindən çıxarılıblar.

Bundan sonra çeşiddə yalnız ən ekstremal BMW X5 M Competition və BMW X6 M Competition modifikasiyaları qalıblar. İndi onlar 48-voltluq "mülayim” hibrid üstqurumu olan ilk M-avtomobillərdir.

Yığcam elektrik mühərriki (12 at qüvvəsi, 200 Nm) ötürmələr qutusuna inteqrasiya olunub,  sürətlənmənin ilk saniyələrində benzin mühərrikinə kömək edir, eyni zamanda, startyor-generator kimi işləyir. Ayrıca 48-voltluq batareya kapotun altında yerləşir, baqajda isə adi 12-voltluq batareya quraşdırılıb.

4,4-litrlik V8 biturbo mühərriki də təkmilləşdirilib: digər turbokompressorlar, yeni giriş sistemi, gücləndirilmiş dirsəkli val, təkmilləşdirilmiş yağlama sistemi və idarə olunan çəpərcikləri olan başqa buraxılış sistemi quraşdırılıb. Lakin bütün bunlar hasilat göstəricilərinə təsir etməyib: mühərrik əvvəlki kimi 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir.

Səkkiz pilləli "avtomatın" ötürmə nisbətləri yenidən nəzərdən keçirilib, ən ekstremal rejimdə (üç rejim var) isə, qutu pillələri daha yeyin və kəskin dəyişir. Yeri gəlmişkən, M-krossoverlərdə transmissiyanın tamölçülü coystikini saxlanılıb, mülki versiyalarda isə yalnız miniatür selektor quraşdırılır. Tam ötürmə sistemi iki rejimə (4WD və 4WD Sport) və standart aktiv arxa differensiala malikdir.

Şassi də təkmilləşdirilib: adaptiv amortizatorlar və aktiv arxa stabilizator yenidən sazlanıb. Sükan çarxının tənizmləməsi də dəyişdirilib. Krossoverlər standart olaraq öndə 21, arxada isə 22 düymlük təkər diskləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ancaq bütün yeniliklər (xüsusən də hibrid əlavə) onsuz da yüngül olmayan avtomobilləri 65 kiloqram ağırlaşdırıb. BMW X6 M Competition 2370, X5 M Competition isə 2400 kiloqram çəkiyə malikdir!

Təəccüblü deyil ki, yenilənmiş krossoverlər dinamika baxımından yenilənmədən əvvəlki versiyalardan yavaş olublar: 100 km/saata sürətlənmə müddəti 3,8-dən 3,9 saniyəyə qədər artıb. Əvvəllər belə göstəricilərə 600 at qüvvəli modifikasiyalar malik idilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW X5 M Competition 200 km/saata əvvəlki  13,4 saniyənin əvəzinə 13,8 saniyəyə sürətlənir (X6 modelinin göstəricisi 13,6 saniyədir). Maksimal sürət ənənəvi olaraq 250 km/saat həddində məhdudlaşdırılır, lakin M Driver's paketini sifariş etdikdə, bu hədd 290 km/saata qədər çəkilir.

Yenilənmiş krossoverlər yazda satışa çıxarılsalar da, onlara sifarişlər artıq qəbul edilir. Qiymətlər də açıqlanıb. Almaniyada BMW X5 M Competition modelinin qiyməti 158 min avrodan başlayır, BMW X6 M Competition üçün isə ən azı 161 min avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.