Hal-hazırda BMW X7 krossoveri alman markasının avtomobilləri arasında ən iri “burun dəliklərinə” malik olan modellərdən biridir. Radiator barmaqlığının ölçülərinin nəhəngliyi əvvəlki modellərlə müqayisədə daha aydın nəzərə çarpır.

Bu yaxınlarda Road&Track nəşrinin nümayəndəsi Ceyson Kammis bunu əyani sübut etmək üçün maraqlı fəndə əl atıb. O, X7 krossoveri ilə 3 Series (E30) modeli ilə qarşılaşdırıb. Nəticə aşağıdakı videoçarxda əks olunub.