Bolqarıstanın Blaqoyevqrad şəhərində 11 ədəd yeni BMW 5-Series (E34) saxlanılan sahibsiz anbar aşkar edilib. Bütün avtomobillər ideal vəziyyətdədirlər. Böyük ehtimalla, avtomobillər hərracda satılacaqdır.

Bolqar “Sentr za borba c rıjdata” Facebook cəmiyyətinin bildirdiyinə görə, anbarda 10 ədəd sedan və bir universal aşkar edilib. Tapılan avtomobillər 1994-cü ildə istehsal ediliblər və avtomobillərin əksər hissəsi 520s modifikasiyasındadırlar. Lakin, bir neçə güclü 525 modifikasiyası da vardır. Bir sıra məlumatlara əsasən, avtomobillər kirayə xidməti üçün alınsalar da, onlardan istifadə edilməyib. Lakin, bunun səbəbi açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bəzi avtomobilləri interyer detalları zavod örtüyünə malikdirlər. Bir sıra avtomobillərin kuzovunda defektlər də aşkar edilib. Buna baxmayaraq, bütün avtomobillər ideal vəziyyətdədirlər. Avtomobillərin hər birinin 15 min avroya satılacağı gözlənilir.