Brabus atelyesinin ən son layihəsi olan Crawler ofrouderi G-Class modelinə bənzəsə də, onların ümumi cəhəti yalnız optikadan ibarətdir. Bütün digər qurğu və aqreqatlar ciddi şəkildə təkmilləşdrilib, bəzi detalları isə, ümumiyyətlə sıfırdan yaratmaq gərək olub.

Crawler AMG bölməsinin 4,0-litrlik V8 biturbo mühərrikinin əsasında hazırlanmış Brabus Rocket 900 güc qurğusu ilə təchiz edilib: mühərrikin həcmi 4,4 litrə qədər artırılıb, gücü isə 900 at qüvvəsinə bərabərdir. Ofrouderin 100 km/saata 3,4 saniyəyə sürətləndiyi bildirilir.

Crawler modelinin özəlliyi ondan ibarətdir ki, o, atelye tərəfindən hazırlanmış, orijinal yayları və amortizatorları olan şassi üzərində inşa edilmiş ilk Brabus avtomobilidir. Avtomobilin əsasında polad məkanvari çərçivə durur, öndə alüminium qolları olan müstəqil asqı, arxada isə, bütöv körpü quraşdırılıb, klirens isə 530 millimetrə çatır (adi G-Class modelində bu göstəricii 205 millimetrdir).

Mühərrik də yenidən işlənilib: onu həcmi dörd litrdən 4,4 litrə qədər artırılıb və daha səmərəli kompressorlar quraşdırılıb. Nəticədə mühərrikin hasilatı 900 at qüvvəs və 1050 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı doqquz pilləli “avtomat” ilə tandemdə çalışır, ötürmə isə, bütün təkərlərdir.

Ofrouder əsasən mürəkkəb relyefli ərazini və qum təpələrini qət etmək üçün nəzərdə tutulduğundan, onun alt hissəsi alüminium və kevlardan panellər ilə gücləndirilib, diskləri isə Maxxis Razr MT şinləri ilə təchiz ediliblər. Kuzov karbonplastikdən hazırlanıb, ona görə də Crawler ofrouderi Mercedes-AMG G 63 modelindən yarım ton yüngüldür.

Qapılar və pəncərələr yoxdur, salonda dörd nöqtəli təhlükəsizlik kəmərləri olan iki kreslo-çalov, həmçinin standart G-Class modelindən götürülmüş ön panel var. Daha bir 12-düymlük displey ön sərnişinin qarşısında yerləşir. GPS-naviqasiyası da bəyan edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Brabus Crawler modelinin qiyməti vergilər nəzərə alınmadan 749 min avrodur. Ofrouderin tiraj 15 nüsxədən ibarət olacaqdır. Brabus ildə beş avtomobil istehsal edəcəkdir, odur ki, bəzi müştərilər ofrouderi 2024-cü ilə qədər gözləməli olacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.