Kütləvi Polo və Polo Track modellərindən sonra Braziliya bazarında satılan Polo GTS “qaynar” hetçbeki də yenilənib. “Qaynar” versiyanın digər "büdcə" modellərindən fərqi idman dekoru, genişləndirilmiş avadanlıq siyahısı və 150 at qüvvəli 1,4-litrlik turbomühərrikdən ibarətdir. Polo GTS modelindəki əsas yenilik Matrix LED texnologiyası olan işıq texnikasıdır: əvvəllər Braziliyada bu seqmentdə belə opsiya təklif olunmurdu.

Volkswagen Polo GTS hetçbeki dörd ay əvvəl restaylinqdən keçmiş adi hetçbeklər ilə eyni üslubda yenilənib. Arxada yeni diffuzor və orijinal naxışı olan fənərlər, öndə isə, Polo GTI modelindən alınmış bamper, qırmızı zolaqlı radiator barmaqlığı və digər fənərlər quraşdırılıb.

Hot-hetç əvvəlki kimi orijinal rəng palitrası, 18 düymlük cilalanmış təkər diskləri, buraxılış sisteminin qoşa “lüləsi” və spoyleri ilə seçilir. “Qaynar” hetçbek gücləndirilmiş yan dəstəyi olan oturacaqlara, parlaq dekora və çıxış etdiyi seqmentin standartlarına görə sanballı opsiyalar dəstinə malikidir.

Hot-hetçin təchizatına  dörd təhlükəsizlik yastığı, "dairəvi" park sensorları, 10.1-düymlük sensorlu displeyi olan media sistemi, diferensialın elektron kilidi və avtomatik uzaq işıqlar daxildir. Restaylinqdən keçmiş Polo GTS modeli USB Type-C portlarına və qadcetlərin simsiz doldurması sistemini də alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə standartdır: əgər Braziliyada adi Polo 1,0-litrlik üçsilindrli mühərriklərlə (84 və ya 116 at qüvvəli) təchiz olunursa, GTS versiyası üçün 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən daha güclü dördsilindrli turbomühərrik nəzərdə tutulub. Güc aqreqatı 6-pilləli “avtomat” ilə tandemdə çalışır və avtomobili yerindən 100 km/saata 8,3 saniyəyə sürətləndirir.

Volkswagen Polo GTS modelinin qiyməti 145 790 Braziliya realından (47 600 manat) başlayır ki, bu da baza versiyasının (82 990 realdan (27 100 manat) başlayır) qiymətindən 75% bahadır. Yaxınlarda daha bir “qaynar” büdcə modeli – yenilənmiş Volkswagen Virtus GTS sedanı debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.