Volkswagen Group konserninin tərkibinə daxil olan markalar bu il 90 yeni və yenilənmiş model buraxacaqdırlar. Bu modellərin arasında artıq təqdim olunmuş Seat Tarraco və ya Skoda Scala, həmçinin debütü gözlənilən Porsche Cayenne Coupe kupe-krossoveri də vardır.

2019-cu ildə Volkswagen T-Cross, Golf hetçbekinin səkkizinci nəsli və adı naməlum olan B sinifinə aid olan beşyerli krossover satışa çıxarılacaqdır. Bundan başqa, yaxın zamanlarda Skoda Scala, Skoda Kamiq, Seat Tarraco və yeni Porsche 911 sportkarının satışlarına start veriləcəkdir. Yeniliklər arasında Audi Q3 Sportback, Porsche Cayenne Coupe və Bentley Flying Spur modelləri vardır.

Ənənəvi mühərriklər ilə təchiz edilmiş modellər ilə yanaşı, bu il dörd elektrokarın satışana başlanacaqdır. Bunlar, çin bazarında satılacaq Bora və Lavida, həmçinin qlobal modellər olan Audi e-tron krossoveri və Porsche Taycan sportkarıdır.

Dünən konsernin yaxın onillikdə 70 sırf elektrik modelini buraxacağı barədə məlumat peyda olub. Göstərilən müddət ərzində elektrokarların satışı 22 milyon ədəd təşkil etməlidir. Elektrik ötürməsinə keçilməsi, 2015-ci ilə nisbətən 2025-ci ildə zərərli tullantıların orta səviyyəsini 30%, 2030-cu ildə isə, 40% azaltmalıdır.