Çinin BYD şirkəti məlumat sahəsində olmağı çox sevir və diqqətdən kənar qalmaq istəmir. Lakin Çin istehsalçısının sensasiyalı yenilikləri və səs-küylü anonsları müvəqqəti olaraq bitib, buna görə də, BYD şirkəti Han EV modeli üçün unikal rəngi təqdim etmək qərarına gəlib.

Çin istehsalçısı bu rəngin incəsənətin, texnologiyaların və dünya səviyyəli master-klassın nadir sintezinin olduğunu iddia edir.  Qeyd etmək gərəkdir ki, “parlaq yaşıl” çox dəbli görünür və şimal şəfəqinin rənglərindən ilham alınaraq yaradılıb. Bundan başqa, əyləc supportları da yaşıl rəngə boyanırlar. Ən maraqlısı odur ki, bu sehirli çalar Han Ev sedanının interyerinə də sirayət edib.

Rəng sxeminin həm xaricdə, həm də daxildə belə ciddi şəkildə qorunduğu seriya avtomobilini xatırlaya bilərsinizmi? Adətən belə şeylərlə tüninq atelyeləri məşğul olurlar, əlbəttə ki, böyük pul qarşılığında...

Xatırladaq ki, BYD Yan modeli ilk dəfə 2020-ci ildə bazarda peyda olub. Han ailəsi hibrid və elektrokardan ibarətdir. Han EV elektrik sedanın mono ötürməli versiyası 222 at qüvvəsi hasil edən yeganə elektrik mühərriki, tam ötürməli variantı isə 494 at qüvvəsi (680 Nm) hasil edən ikimühərrikli güc qurğusu ilə təchiz edilir. Seçim olaraq, iki batareya təklif edilir: 65 və 77 kilovat-saatlıq. Ötürmə növündən asılı olaraq yürüş məsafəsi 506, 550 və ya 605 kilometr ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, bir müddət bundan əvvəl, BYD  şirkətinin elektrik əlavəsi olmayan benzin mühərriklərindən imtina etdiyi məlum olub. İndi Çin istehsalçısının model xəttində yalnız hibridlər və elektrokarlar var. Qeyd etmək lazımdır ki, satışlardakı ən çox artımı məhz elektrokarlar nümayiş etdiriblər. Təkcə mart ayında onların satışı 104.878 ədəd təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 333,1 faizlik artım deməkdir. Cari ilin birinci rübü də uğurlu olub: 286.329 ədəd elektrokar satılıb ki, bu da 2021-cu ilin müvafiq dövrü ilə müqayisədə 423 faizlik artım deməkdir!

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.