BYD “çox yaxında” Tesla şirkətinə öz batareyalarını göndərməyə başlayacağını bildirib. Söhbətin hansı enerji mənbələrindən getdiyi hələlik məlum deyil, lakin ola bilsin ki, amerikalıları heyratəmiz müqavimətə malik olan litium-dəmir-fosfat Blade batareyaları ilə maraqlandırır. BYD həmçinin xüsusi enerji tutumunu artıran yeni hüceyrə sxemlərini işləyib hazırlayıb və onlardan artıq seriya modellərində istifadə edir.

Tesla və BYD arasındakı əməkdaşlıq haqqında şayiələr 2021-ci ilin avqust ayından bəri dolaşmaqdadır, yalnız indi bu məlumat rəsmi təsdiqini tapıb. BYD konserninin icraçı vitse-prezidenti Lian Yubo Çinin CGTN xəbər kanalına verdiyi müsahibədə şirkətin artıq “İlon Mask ilə dostluq münasibətlərinə malik olduğunu və batareyaların tədarükünün yaxın günlərdə başlanacağını” bildirib. Müqavilənin təfərrüatları gizli saxlanılır, ona görə də, hansı batareyalar və həcmlərdən söhbətin getdiyi hələlik məlum deyil.

Güman etmək olar ki, Tesla şirkətini nəinki yüksək xüsusi tutuma (160 Wh/kq), həm də mexaniki təsirə qarşı heyrətamiz müqavimətə malik olan litium-dəmir-fosfat (LFP) Blade batareyaları maraqlandırır. Batareyalar mismar ilə dəlinmə, zərbələr, əyilmə və 300 dərəcə Selsiyə qədər məcburi qızdırılma da daxil olmaqla bir sıra intensiv sınaqlardan keçib, lakin onlar heç vaxt alışmayıb və partlamayıblar. Bunu adi litium-ion batareyaları haqqında söyləmək olmaz.

BYD şirkətinin istifadə etdiyi hüceyrə yerləşdirmə sxemləri də maraqlıdır. Məsələn, təcrid olunmuş modullar şəklindəki aralıq mərhələni ortadan götürən cell-to-pack (CTP - hüceyrədən paketə) texnlogiyasını göstərmək olar. Bu texnologiya tutumu yaxşılaşdırmaq və enerji sıxlığını artırmaq üçün hüceyrələri birdəfəlik bütöv bloka yığılırlar. Daha bir qabaqcıl variant - cell-to-chassis (CTC - hüceyrədən şassiyə), yəni hüceyrələrin kuzovun güc strukturuna inteqrasiyasıdır. Bu texnologiyadan artıq BYD Seal sedanında istifadə olunur.

Tesla hazırda LFP batareyalarını CATL şirkətindən alır və ola bilsin ki, amerikan istehsalçısı sadəcə hüceyrələrin dəyərini azaltmaq üçün təchizatçıların dairəsini genişləndirmək istəyir. BYD akkumulyatorlarını təkcə elektromobillərdə deyil, məsələn, Megapack anbarının stasionarlığında quraşdırılmaq da mümkündür.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.