Bir çox avtomobil istehsalçıları zaman-zaman konkret markaların modellərinin peyda oluğu kompüter oyunlarının tərtibatçıları ilə əməkdaşlıq edirlər. Bəzən real avtomobillər məşhur video oyunlarına istinad edən modifikasiyaları da alır. Belə əməkdaşlığın növbəti nümunəsi amerikan Cadillac markasının Çin bölməsinin və Sony Interactive Entertainment şirkətinin birgə layihəsi olan God of War: Ragnarok (“Müharibə Tanrısı: Raqnarok”) konsol video oyununa həsr edilmiş yeni Cadillac CT5 sedanın xüsusi versiyasıdırdır.

Avtomobil oyunun baş qəhrəmanı Kratosun üslubunda hazırlanıb - ağ sedan qırmızı aksentli, habelə qara və boz rənglərdə detalları olan asimmetrik livariyanı alıb. Kapotun üzərində populyar God of War franşizasının loqotipi peyda olub, arxa təkərlərin qarşısında isə, PlayStation konsolunun coystikindən götürülmüş piktoqramlar yerləşdirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Üç şou avtomobili God of War: Ragnarok filminin Tyanzin, Şanxay və Juhay şəhərlərindəki nümayişinin şəfərinə hazırlanıb, lakin Kratos üslubunda tərtibata malik olan Cadillac modellərinin satışa çıxarılacağı barədə məlumat verilməyib. Satışa yalnız God of War: Ragnarok x Cadillac CT5 dəstləri çıxarılacaqlar.

Dəstə 1:18 miqyasında olan Cadillac CT5 modeli, video oyunun üslubunda dizaynı olan unikal DualSense simsiz kontrolleri, oyunun loqotipi həkk edilmiş firma plaketi və Kratos tərəfindən oyunda istifadə edilən iki əlli Leviafan döyüş baltasına bənzəyən brelok daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.