Cadillac, IMSA çempionatında da daxil olmaqla, avtomobil idmanında parlaq qələbələr əldə etmiş markalardan biridir. Lakin amerikan istehsalçısının çox iddialı planlara var və onları həyata keçirmək üçün, su və hava kimi, yeni sportprototipə ehtiyacı var. Artıq belə avtomobil üzərində çalışmalara başlanılıb: bu gün GTP bolidinin ilk təsviri və onun haqqında qısa videoçarx dərc edilib.

GTP indeksi Grand Touring Prototype kimi açıqlanır – bu adla LMH və LMDh siniflərini birləşdirən yarışlar kateqoriyası adlandırılıb. Amerikan brendi təkcə “Daytonada” deyil, həm də “Le Manın 24 saatı” marafonunda da yarışmağa hazırlaşır. Xatırladaq ki, Cadillac markası bu marafonda sonuncu dəfə 2001-ci ildə iştirak edib.

Cadillac şirkətinin eksteryer üzrə aparıcı dizayneri Kris Mikalauskas yeni sportprototipin V xəttindən olan mülki modellər də daxil olmaqla, firma dizayn cizgilərini alacağını söyləyib. O, trek avtomobilinin tanınan şaquli işıq texnikasına sahib olacağını da qeyd edib.

Təəssüflər olsun ki, sportprotipin  güc qurğusu barədə təfərrüatlar açıqlanmayıb, lakin onun hibrid olacağı və 680 at qüvvəsi (reqlamentlə müəyyən edilir) hasil edəcəyi məlumdur. Sportprototip Cadillac Racing and Design bölməsi tərəfindən Dallara şassisində inşa ediləcəkdir. Güc qurğusu şirkətin mütəxəssisləri tərəfindən sıfırdan yaradılacaqdır.

Cadillac GTP sportprototipi 2023-cü ilin yanvar ayında keçiriləcək “Daytonanın 24 saatı” yarışında debüt edəcək, sonra isə Le Manda keçiriləcək sutkalıq marafona qatılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.