Çinin Chery şirkəti Arrizo 5 GT sedanının yeni şəkillərini dərc edib. Bu, Arrizo 5 Plus sedanının idman versiyasıdır. GT indeksli sedan Lexus avtomobillərinə bənzəyən dizaynı, daha aqressiv kuzov dəsti, təkər diskləri və mühərriki ilə seçilir. Arrizo 5 GT sedanı Kunpeng ailəsindən olan dördsilindrli benzin turbomühərriki ilə hərəkətə gəlir.

Dərc olunmuş tizerlərdən göründüyü kimi, Chery Arrizo 5 GT modeli Lexus avtomobilinə bənzəyir, donor Arrizo 5 Plus modelindən optikası, bamperləri, təkər diskləri və dörd çıxış borusu olan buraxılış sistemi ilə fərqlənir. Salonda başqa ön panel, sükan çarxı və mərkəzi tunel var. Cihazlar panelinin və multimedia sisteminin ekranları vahid şüşə altında birləşdiriliblər. Bunu casus şəkilləri təsdiqləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlkin məlumatlara görə, Arrizo 5 GT modelinin kapotunun altında Kunpeng ailəsindən olan, 197 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,6-litrlik “turbodördlük” yerləşir. “İdman” sedanı 100 km/saat həddini altı saniyəyə toplayır. Bu arada, adi Arrizo 5 Plus modeli 115 at qüvvəsi və 143 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki, habelə 156 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik ilə təklif edilir. Hər iki güc aqreqatı mexaniki transmissiya və variatorla təchiz edilə bilər.

Hazırda Chery Arrizo 5 Plus modeli Çində 100 min yuna satılır. Arrizo 5 GT sedanının donorudan çox da baha olmayacağını ehtimal edilir. Sedanın əsas rəqibləri Geely Binrui Cool və Changan Uni-V modelləri olacaqdırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.