Chevrolet şirkəti Colorado pikapının növbəti modifikasiyalarını təqdim edib. Z71 Trail Runner indeksinə sahib olmuş pikap avtomobili mürəkkəb yolsuzluqda istismar edən şəxslərə ünvanlanıbdır. Modelin əsasını pis yollar üçün asqıya və arxa differensialın qapanmasına malik olan Colorado Z71 pikapı təşkil edir. Trail Runner modelinin əsas cəhətləri altlığın güclü müdafiəsi, həmçinin 17-düymlük yüksək profilli və yolsuzluq protektoruna malik olan Goodyear Duratec şinləridir.

Trail Runner baza modelindən iri “Chevrolet” yazısı olan radiator barmaqlığı və yolsuzluq təkər diskləri ilə seçilir. Yeni versiya Colorado pikaplarının ierarxiyasında orta yeri tutacaqdır. Məlumdur ki, Colorado modelinin ZR2 radikal variantı da mövcuddur. Bu pikap digərlərindən orijinal qolları olan asqısı, gücləndirilmiş arxa körpüsü və Multimac amortizatorları ilə fərqlənir. Lakin, Chevrolet Colorado ZR2 hiss ediləcək şəkildə bahalıdır. Yeri gəlmişkən Z71 Trail Runner modelinin altlığı ZR2 modelindən götürülübdür.

Eyni zamanda, amerikan istehsalçısı dəbdəbə və rahatlığı sevənlər üçün də Colorado pikapını hazırlayıb. RST indeksinə sahib olan pikap xromsuz tərtibata, qapılardakı moldinqlərə və 20-düymlük qara-parlaq disklərə malikdir.

Chevrolet Colorado Missuri şatatının Bensvill şəhərində buraxılır. Model üç mühərrik, iki kuzov, iki transmissiya və iki növ çəkiş sistemi ilə təklif edilir. Pikapın ABŞ-dakı satış qiyməti 20 min dollardan başlayır.