Las Veqasda keçiriləcək CES 2023 sərgisində Chrysler şirkəti Stellantis konserninin üç əsas texnologiyasını - STLA Brain, STLA Smart Cockpit və STLA AutoDrive sistemlərini özündə birləşdirən Chrysler Synthesis interyer konseptini təqdim edəcəkdir. Konsept ikiyerli kokpit şəklində hazırlanıb. Ön tərəfdə Smart Cockpit media kompleksinin ümumi diaqonalı 37,2 düym olan genişformatlı displeyləri quraşdırılıb.

Sistem Stellantis və Foxconn konsernlərinin birgə müəssisəsi olan Mobile Drive şirkətinin proqram təminatı ilə işləyir və süni intellektə əsaslanan proqramları (naviqasiya, səs köməkçisi), 5G şəbəkələrini, ödəniş sistemlərini və e-ticarət xidmətlərini dəstəkləyir.

Smart Cockpit vasitəsilə Chrysler elektromobillərini onların sahiblərinin gündəlik həyatına inteqrasiya etmək mümkün olacaqdır. Məsələn, bort sistemlərini qadcetlərlə sinxronlaşdırmaq və ya onları ağıllı evə qoşmaq mümkündür. Hər şeyi STLA Brain elektron və proqram təminatı arxitekturası idarə edəcəkdir.

Bundan əlavə, Synthesis üçüncü avtonomluq səviyyəsinə malik olan AutoDrive avtopilotu ilə təchiz ediləcəkdir. Belə avtopilot əlləri sükanda saxlamağı və ümumiyyətlə yola baxmağı tələb etmir, ona görə də burada sərnişinlərə xüsusi diqqət yetirilir. Planlaşdırıldığı kimi, pilotsuz rejimdə onlar müxtəlif kontentlərdən yaralana, dincələ və istəsələr işləyə biləcəklər.

Image alt Image alt Image alt Image alt

Chrysler gələcək avtomobillərin interyer tərtibatında bitki mənşəli dəri və digər ekoloji təmiz materiallardan istifadə etməyi planlaşdırır. Məsələn, konseptin ön paneli sənaye plastik tullantılarının və okean zibilinin emalı nəticəsində əldə edilən melanj ipliyindən, döşəmə həsirləri isə, tekstil əlavə edilməklə fındıq ağacından hazırlanır.

İlk belə interyeri 2025-ci ildə debüt edəcək elektromobil alacaqdər. Synthesis konseptinə bənzər salonların kütləvi tətbiqinə isə 2028-ci ildə başlamaq planlaşdırırlır. Həmin ildə Chrysler markasının elektrik xətti tam formalaşmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.