Corcetto Cucaro və onun oğlu Fabrisioya məxsus olan GFG Style şirkəti Cenevrə avtosalonunda Kangaroo adlı avtomobili nümayiş etdirəcək. Konseptin elektriklə hərəkətə gələn hiperkar-krossover olacağı bildirilib.

Konsept CH Auto texnologiya şirkətinin iştirakı ilə yaradılıb. Kangaroo tam çəkiş sistemi, tam idarələnən şassi və iki oturacaqla təchiz edilib.  GFG Kangaroo alüminiumdan hazırlanmış məkanvari ramanın ətrafında yığılıb. Avtomobilin kuzov panellərinin hazırlanmasında karbondan istifadə edilib. 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənən konsept, 250 km/saat maksimal sürət həddinə malikdir.