Kim Çen Inın ilk xarici səfərləri Şimali Koreya xüsusi xidmət orqanının maraqlı iş rejimi ilə yadda qalıb. Ona yaxın ciddi geyimli xüsusi xidmət əməkdaşı Şimali Koreya liderinin limuzinini dövrəyə alaraq onu müşayət edib. Lakin, mətbuat vasitələrinin diqqətini çəkən başqa məsələ olub – zirehli Mercedes-Benz S-Class Pullman və Maybach 62S limuzinləri hansı yolla Şimali Koreyaya düşüblər?

Məlumdur ki, BMT-nin sanksiyalarına əsasən Şimali Koreyaya dəbdəbə predmetlərinin satılmasına qadağa qoyulub. Associated Pres agentliyi bu məsələni aydınlaşdırmaq üçün birbaşa Daimper AG konserninə müraciət edib. Müraciətə cavab olaraq alman istehsalçısının rəsmisi Zilke Mokkert bu avtomobillərin hansı yolla Şimali Koreyaya düşdüyü barədə təssəvvürlərinin olmadığını bildirib.

Daimler konserni 15 ildən çoxdur ki, KXDR ilə heç bir işgüzar əlaqələrinin olmadığını və qanunvericilik çərçivəsində işgüzar əlaqələr qurduğunu qeyd edib. Şimali Koreyaya və onun səfirliklərinə avtomobillərin satılmasının qarşısını almaq üçün isə, alman konserni ixrac prosesinə xüsusi nəzarəti tətbiq edir. Lakin, fakt faktlığında qalır – Kin Çen In zirehli limuzində səfər edir, üstəlik, onu zirehlı Maybach 62S sedanı müşayət edir.

Bu avtomobillər Zindelfingendəki firma Guard bölməsinin məhsulu kimi identifikasiya edilib. Belə limuzinlər xüsusi sifarişlə yığılır və standart olaraq bir milyon avro qiymətə malik olurlar. Ölkənin birinci şəxsləri üçün hazırlanan avtomobillər isə milli xüsusi xidmət orqanlarının tələblərinə uyğun hazırlanır. Bu tələblər isə, limuzinin konstruksiyasına dəyişiklikləri nəzərdə tutur və inşa müddətini uzatmış olur.

Çox güman ki, limuzinlər Şimali Koreya ilə bənzər xüsusi xidmət standartlarına malik olan dost ölkələrin biri tərəfindən sifariş edilib. Bunun başqa izahı yoxdur.