Tam ölçülü ofrouder Nyu-York avtosalonunda debüt edib: yapon brendinin bayraqdarı nəinki zahiri və daxili cəhətdən dəyişib, həm də daha müasir və texnoloji cəhətdən qabaqcıl olub. Səkkizsilindrli atmosfer mühərriki çeşiddən çıxarılıb və altısilindli biturbo mühərriki ilə əvəzlənib. Üstəlik, yeni QX80 klirensi tənzimləmə funksiyası olan opsional pnevmoasqını, adaptiv amortizatorları və radiator barmaqlığının aktiv çəpərciklərini alıb.

Yeni nəsil QX80 ofrouderinin dizaynı Artistry In Motion firma üslubundadır ki, onu da “hərəkətdəki artistizm” kimi tərcümə etmək olar. Bu üslubun xüsusiyyətləri arasında kuzovun hamar xətləri, iki səviyyəli ön optika və Infiniti nümayəndələrinin dediyi kimi, “bambuk meşəsinin əzəmətini” simvolizə edən nəhəng radiator barmaqlığı var – bütün bunlar artıq keçən ilki QX Monograph konseptində nümayiş etdirilib.

Gözlənildiyi kimi, dekorasiyadakı xrom yerinin təmkinli parlaq qaraya verib, şüşələnmə xətti dəyişib, arxada isə piano düymələri şəklində tərtib edilmiş çoxbölməli bütöv fənər peyda olub - gündüz hərəkət işıqları da oxşar naxışa malikdirlər. Radiator barmaqlığında aktiv çəpərciklər quraşdırılıblar - onlar bağlandıqda hava müqavimətini və yanacaq sərfiyyatını azaldırlar.

Avtomobilin daxilində 14,3 düymlük ekranlar quraşdırılıb, mərkəzi konsoldakı displeyin diaqonal isə doqquz düymdür. Daxili və ön kameralardan istifadə edərək, səyahət jurnalını aparmaq və məzmunu sosial şəbəkələrdə paylaşmaq olar.

Salondakı xüsusiyyətlər arasında amerikan Klipsch şirkətinin 24 dinamiki (onlardan dördü tavana, daha bir neçəsi başlıqlara quraşdırılıb), TriPower sabvuferi və 24 kanallı gücləndirici olan səs sistemi də var.

İkinci cərgədəki sərnişinlər üçün biometrik soyutma funksiyası nəzərdə tutulub: infraqırmızı sensor sərnişinə isti olduğunu müəyyən edir və klimat-kontrol sistemi dərhal ikinci cərgəyə sərin hava göndərərək onu optimal temperatura qədər soyudur. Nəhayət, masaj funksiyası indi təkcə sürücü və ön sərnişin üçün deyil, həm də ikinci scərgənin sərnişinləri üçün də mövcuddur.

Texniki hissədəki əsas dəyişiklik 5,6-litrlik V8 atmosfer mühərrikini əvəz edən 3,5-litrlik altısilindrli tvin-turbo mühərrikdir. Şimali Amerika bazarı üçün spesifikasiyalarda yeni mühərrik 450 at qüvvəsi və 698 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, V8 mühərrikinin hasilatı 400 at qüvvəsi və 560 Nm təşkil edirdi.

Bu aqreqat, ötürmə nisbətlərinin diapazonu əvvəlki yeddi pilləli ötürmələr qutusundan 40 faiz daha geniş olan doqquz pilləli avtomatik transmissiya ilə birləşdirilib. Nəticədə QX80 daha dinamikdir və daha az yanacaq sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni QX80, opsional olaraq, Eletronic Air Suspension pnevmatik asqısı və elektron idarə olunan Dynamic Digital Suspension amortizatorları ilə təchiz edilə bilər. Park edildikdə, QX80 giriş/çıxışı asanlaşdırmaq üçün “çömbəlir”, hərəkət zamanı isə, şassinin sərtliyini dinamik şəkildə tənzimləyə bilir ki, bu da yırğalanmaları və yana əyilmələri azaldır. Klirens 71 millimetr azalır və ya 61 millimetr arta bilər.

Yeni Infiniti QX80 modelinin ABŞ-dakı satışlarına yayda başlanmalıdır. Qiymətlər artıq açıqlanıb: yeni Infiniti QX80 modelinin arxa ötürməli baza versiyası üçün 82 450 dollara, ən yüksək Autograph versiyasında olan tam ötürməli ofrouder isə, 110 595 dollara başa gələcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.