Ərəb şeyxləri yeni trend yaratmağa davam edirlər. Bu günlərdə London küçələrində mərməri xatırladan örtüyə malik olan iki bahalı avtomobil - Ferrari 812 Superfast və Bentley Bentayga modeli qeydə alınıb. Hər iki avtomobil Dubay nömrələrinə malikdirlər.

Fox News agentliyi mərməri xatırladan örtüyün bahalı avtomobillərin varlı sahibləri arasında populyarlıq qazandığını bildirir. Lakin, agentliyin müxbirinin yoldan keçənlər apardığı sorğu zamanı, bir çoxları «ağ mərmərdən yonulmuş» avtomobilləri zövqsüz otellərdəki əl-üz yuyanlara bənzədiyini bildiriblər. 

Image alt Image alt Image alt Image alt

London sakinlərindən biri - «yəqin ki, avtomobil sahibi bunun dəbdə olduğunu düşünür, lakin mənə görə bu avtomobillər sarsaq görkəmə malikdirlər», - söyləyib.

Çox güman ki, mərmər örtüyü hər avtomobilə yaraşmır. Məsələn, belə örtüyə malik olan Bugatti Chiron və Lamborghini Urus modelləri sosial şəbəkələrdə çoxlu «layk» toplayıblar. Yəqin ki, bəyənənlərin əksəriyyəti ərəblər olub…