Kia şirkəti, markanın yeni dizayn konsepsiyasına uyğun olaraq hazırlanmış EV6 elektromobilini təqdim edib. Yeni dizayn üslubu Opposites United (“əkslərin birliyi”) adlanır və gələcək Kia modellərinə tətbiq ediləcəkdir.

Yeni konsepsiya beş prinsipə əsaslanır: “təbiət üçün cəsarət”, “ağıl üçün sevinc”, “tərəqqi üçün güc”, “həyat üçün texnologiya” və “sakitlik üçün gərginlik”. Bunların hamısı yeni EV6 elektromobilinin dizaynında öz əksini tapıb. Xatırladaq ki, yeni Kia EV6 elektrokarı, Ioniq 5 modelinin əsasını təşkil edən Hyundai E-GMP platformasında inşa olunan ilk Kia modelidir.. EV6 modelinin eksteryeri sadə və təmiz xətlərin “daim dəyişən” səthlərlə birləşməsi kimi təsvir olunur.

EV6 kross-hetçbeki üç Kia dizayn studiyası tərəfindən hazırlanıb: Namyanq (Cənubi Koreya), Frankfurt (Almaniya) və Irvayndakı (Kaliforniya, ABŞ). Elektrokarın ən çox nəzərə çarpan fərqlərdən biri, şirkətin əvvəlki dizayneri Piter Şrayer tərəfindən tətbiq edilmiş element olan xarakterik “pələng burnunun” olmamasıdır. EV6 və gələcək Kia avtomobilləri gündüz hərəkət işıqlarının naxışından yaranan Digital Tiger Face (“Rəqəmsal Pələng Üzü”) alacaqdırlar.

EV6 modelinin başqa bir xüsusiyyəti onun nisbətləridir. Elektrokar iri təkər bazasına və aşağı kapot xəttinə, qısa ön çıxışa və kuzovun eni boyu uzanan LED zolağı olan qaldırılmış arxa hissəyə malikdir.

Konseptin salonu flaqman Kia K8 modelinə nəzər salaraq tərtib edilib. Ön paneldə sol tərəfi rəqəmsal cihazlar paneli üçün ayrılmış, sağ yarısı isə multimedia sisteminə nəzarət etmək üçün nəzərdə tutulmuş əyri ekran quraşdırılıb.

Aşağıda klimat-kontrolun sensorlu düymələrindən ibarət olan panel var. Ümumiyyətlə, salon sarı haşiyələri olan lakonik tərzdə hazırlanıb. İnteryerdə eko-materiallardan da istifadə edilib - oturacaqların örtüyü təkrar emal edilmiş plastikdən hazırlanır.

Image alt Image alt Image alt Image alt

Kia EV6-nın texniki detalları mart ayının sonuna qədər baş tutacaq təqdimata qədər gizli saxlanılacaq. Elektromobilin arxa və ya tam ötürmə sistemini, 170 ilə 306 at qüvvəli elektrik qurğularını, 58 və ya 72,6 kilovat-saat tutumu olan bir neçə batareya variantını alacağı gözlənilir. Dolu batareya ilə elektromobil 480 kilometrə qədər məsafə qət edəcəkdir.

Platformasını bölüşdüyü Ioniq 5 modeli kimi, EV6 krossoverinin də batareya sistemi 800 volt gərginliklə işləyəcəkdir: bu, batareyanı 350 kilovatlıq terminaldan 20 dəqiqəyə doldurulmağa imkan verəcəkdir.