Amerikan Fisker şirkəti elektriklə hərəkətə gələn pikapın təqdimatına hazırlaşır. Yeni modelin şəklini amerikan markasının rəhbəri Henrik Fisker tərəfindən LinkedIn səhifəsində yerləşdirilib.

Amerikan markasının pikap hazırladığı barədə məlumat ilk dəfə keçən ilin fevralında peyda olub. O zaman Fisker tvit yazaraq Alaska adını almış modelin tizerini paylaşmışdı. Lakin, sonradan həmin şəkil silindi. Yeni avtomobilin dizaynı Alaska-dan fərqlənir, üstəlik top menecer seriya avtomobilinin görünüşünün "daha radikal" olacağını söyləyib.

2020-ci ilin yayında Fisker şirkəti Tesla Model X, Audi e-tron və Mercedes-Benz EQC modelləri ilə rəqabət aparacaq Ocean elektrik krossoverini göstərib. Model iki elektrik mühərriki və 80 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektromobil günəş panelləri ilə təchiz ediləcəkdir ki, bu panellər sayəsində krossover il ərzində 1600 kilometrə qədər "müftə" məsafə qət edəcəkdir.

Fisker Ocean modelinin istehsalına 2022-ci ildə start verilməsi planlaşdırılır.