Fisker şirkəti özünün ilk tam elektrik krossoverinin ətrafında cərəyan edən ehtirasları qızışdırmağa davam edir. Bu gün amerikan şirması krossoverin iki yeni tizerini dərc edib. Tizerlərdən birincə elektrokarın ön hissəsi, digərində isə, günəş batareyaları olan dam örtüyü təsvir edilib.

Bir müddət bundan öncə, Fisker yeni krossoverin dönmə işıqlarının qeyri-adi təkrarlayıcıları əks olunan tizerini dərc etmişdi. Adı çəkilən işıqlar arxa dayaqda yerləşirlər. Fisker dönmə işıqlarının belə yerləşməsinin təhlükəsizliyi yaxşılaşdırdığını iddia edir. Yüksək səviyyədə yerləşən işıqlar bütün hərəkət istirakçılarının onları görməsini təmin edəcəkdir.

Fisker elektrokrossoveri hər oxda biri quraşdırılan iki elektrik mühərriki və 80 kilomat-saatlıq həcmi olan batareyalar bloku ilə təchiz ediləcəkdir. Avtomobil çıxarılan və ya elektrik ötürməsi ilə açılan tavana malik olacaqdır. Bu tavan «kuzovun bütövlüyünə zərər vermədən, açıq tavanla səyahət etmək həzzini» təmin edəcəkdir.

İstehsalçı iri salonun, böyük proyeksiya displeyinin və bort sistemlərinin ağıllı interfeysinin olacağını da bildirib. Bundan başqa, krossover «ənənəvi olaraq superkarlara xas olan dizayn elementrlərinə» sahib olacaqdır. Yeni elektrik krossoverinin bu ilin sonunda satışa çıxacağı ehtimal olunur.