Henrik Fisker özünün rəsmi Instagram səhifəsində maraqlı bəyanatla çıxış edib – şirkət 2024-cü ildə yeni idman elektrik kupesinin təqdim etməyə hazırlaşır. Fiskerin sözlərinə görə, layihə Ronin adlanır, lakin onun seriya mücəssəməsinin bu adı saxlayacağı dəqiq deyil. Avtomobil Ocean krossoveri və Tayvanın Foxconn şirkəti ilə birgə hazırlanan yığcam Pear modelindən sonra debüt edəcəkdir.

Fisker Ronin

Bəyanat Böyük Britaniyadakı Fisker Magic Works zavodunda layihələndirilən Ronin GT modelinin tizeri ilə müşayiət olunur. Nəşr, Ronin layihəsinə Aston Martin şirkətinin xüsusi layihələr bölməsinin keçmiş rəhbəri Deyv Kinqin rəhbərlik edəcəyini də bildirib.

Göründüyü kimi, bu, GT sinifdən olan ikiqapılı dördyerlik kupedir. Çox güman ki, yeni kupe məşhur Fisker Karma modelinin müasir təsfiridir. 2018-ci ildə nümayiş etdirilən Fisker EMotion konsepti ilə də bənzərlik ola bilər.

Fisker Ocean

Fisker Ronin elektrokarı Tesla Model Y modelində istifadə olunan xüsusi batareya blokunun bənzəri ilə təchiz ediləcəkdir. O, idman avtomobilinə elektrik yükləmədən təxminən 885 kilometr qət etməyə imkan verəcək, eyni zamanda, rəqiblərindən nəzərəçarpacaq dərəcədə yüngül və məhsuldardır.

Bu barədə Fiskerin özü belə deyir: “Biz, Ronin layihəsi çərçivəsində, seriya elektromobilləri arasında ən böyük yürüş ehtiyatı və ən yüksək məhsuldarlığı ilə öyünəcək elektrik idman kupesi hazırlayırıq!”.

Fisker Pear

Modelin texniki xarakteristikaları hələlik açıqlanmayıb, lakin, böyük ehtimalla, göstəricilər çox nəzərəçarpan  olacaqlar. Prototipin 2023-cü ildə təqdim ediləcəyi vəd olunub və seriya elektromobilinin qiyməti 200 min dolları keçməməlidir. İstehsalın 2024-cü ildə başlaması planlaşdırılır.

Xatırladaq ki, bu ilin noyabrında Avstriyanın Qraz şəhərindəki Magna-Steyr zavodunda Ocean krossoverinin istehsalına başlanılacaqdır. Hazırda Fisker Ocean modelinin 47 prototipinin yığılması prosesi gedir. Onun ardınca artıq yuxarıda adı çəkilən yığcam Pear elektrokarı gələcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.