İtaliyada yol kamerası tərəfindən ultrasürətli Focus modeli qeydə alınıb: vəziyyətin açıq-aşkar absurd olmasına baxmayaraq, artıq cərimə də yazılıb. Nəzəri cəhətdən, Ford Performance bölməsinin əməkdaşları şampan şərabı açaraq bu hadisəni bayram etməlidirlər: çünki, Ford şirkətinin "qaynar" hetçbekləri onların düşündüyündən daha sürətlidirlər. Hər halda, İtaliyanın Offanya qəsəbəsindəki yolların birində quraşdırılmış avtomatik qeydəalma kamerası belə hesab edir.

Kameranın quraşdırıldığı yoldakı rəsmi sürət həddi 70 km/saatdır. Beləliklə, elektronikaya görə, Ford Focus avtomobilini idarə edən qadın müəyyən edilmiş sürət həddini 10 dəfə aşıb (istehsalçıya görə, modelin maksimal sürəti 250 km/saatdır). Məlum məsələdir ki, söhbət kameranın səhvindən gedir, lakin yerli mətbuatın bildiridiyinə görə, bu göstərici bölgədəki polis bölməsini heç də təəccübləndirməyib.

Hadisənin qəhrəmanı artıq 850 avro məbləğində cərimə qəbzini alıb. Bununla yanaşı, sürücüyə qarşı 10 cərimə xalı da tətbiq edilə bilər. Yerli qanunvericiliyə görə, xallar müəyyən həddə çatdıqdan sonra, sürücü avtomobil idarə etmək hüququndan məhrum edilə bilər.

Ford Focus modelinin sürücüsü yerli yol hərəkəti qaydalarınin gözlənməsi üzrə komitənin nümayəndəsi Covanni Stroloqoya məsələhətləşmək üçün müraciət edib. Slroloqo ona cərimənin ləğvini tələb etməməyi tövsiyə edib. Stroloqonun fikrincə, qadın əvvəlcə cəriməni ödəməli, sonra isə appelyasiya yolu ilə sanksiyaların ləğv edilməsi və lazımi kompensasiyanın ödənilməsi tələb etməlidir.