Ford şirkətinin təklif etdiyi “böyük” Transit modelləri bu gün dəbdə olan yolsuzluq modifikasiyalarını əldə ediblər. Üstəlik, eyni zamanda iki modifikasiya təqdim edilib - Trail və Active. İndi isə növbə birtonluq Ford Transit Connect furqonuna və onun sərnişin versiyası olan Ford Tourneo Connect modellərinə çatıb. Xatırladaq ki, hazırda modelinin 2013-cü ildə debüt etmiş ikinci nəsli satışdadır.

“Böyük” Transit modelindən fərqli olaraq, “kiçik” Transit connect modelləri yalnız yenə kross-versiyada - Active modifikasiyasında təklif edilirlər. Vizual olaraq, Connect Active modelləri bamperlər, təkər tağları, qapılar və kandarlardakıi qara örtüklər ilə fərqlənir.

Eyni zamanda, Active modifikasiyası fərqli radiator barmaqlığına, güzgülərin qara gövdəsinə və orijinal 17-düymlük təkər disklərinə malikdir.

Ən vacibi isə, Transit Connect Active modelinin klirensi ön tərəfdə 24 millimetr, arxada isə 9 millimetr artırılmışdır. Salondakı yeganə dəyişiklik mavi rəngli naxışlara malik olan oturacaq üzlüklərindən ibarətdir.

Avropada, Ford Transit Connect Active və Ford Tourneo Connect Active modelləri 100 və ya 120 at qüvvəsinə malik olan 1.5 EcoBlue turbodizeli ilə təklif olunurlar. Güc aqreqatlarını altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik transmissiyalar ilə təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Connect modeli üçün tam ötürmə sistemi nəzərdə tutulmayıb, lakin 120 at qüvvəli mühərrik və mexaniki transmissiya ilə təchiz edilmiş Active versiyaları üçün vintşəkilli Quaife özükilidlənən differensial sifariş etmək olar. Bu differensial demək olar ki, “bərkgedən” Ford Focus RS hetçbekindəki ilə eynidir.

Həm standart, həm də uzadılmış Connect modelləri “aktivləşə” bilərlər. Furqon üçün bu, 2,9 ilə 3,6 kubmetr həcmində olan yük bölməsi, sərnişin versiyası üçün isə, iki və ya üç oturacaq cərgəsi deməkdir. Connect Active modellərinin Avropa dilerlərinə çatdırılmasına ilin sonunda başlanacaqdır.