Ford şirkəti Mustang modelinin başlanğıc versiyalarının alıcılarına 2.3L High Performance Package dəstini təklif edir. Bu dəstin tərkibinə Focus RS modelinin EcoBoost mühərriki, səkkizsilindrli Mustang GT modelinin əyləc mexanizmləri, aerodinamik elementləri və asqı komponentləri daxildir.

Focus RS modelinin mühərriki ilə təchiz edilmiş Ford Mustang Ford Performance şöbəsinin beş əməkdaşının eksperimental layihəsinin nəticəsidir. Turbomühərrikin seriya kupe və kabrioleti üçün adaptasiyası 10 ay çəkib. Tvin-skrollu turbokompressoru, yeni radiatoru və idarəetmə bloku olan mühərriki Valensiyadakı zavodun mühəndisləri hazırlayıblar.

Nəticədə 2,3-litrlik EcoBoost mühərriki 335 at qüvvəsi və 475 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli SelectShift avtomatik və ya altı pilləli mexaniki Getrag ötürmələr qutusu  ilə təchiz edilir. Belə mühərriklə təchiz edilən Ford Mustang 97 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni mühərrikdən başqa, Ford Mustang 2.3L High Performance modelinin təchizatına dörd çıxış borusu olan aktiv səsboğucu sistem, ön dayaqların möhkəmləndiricisi, dördsupportlu supportları olan əyləclər və daha qalın köndələn dayanıqlılıq stabilizatorları daxildir. Bundan başqa, sükanın elektrik gücləndiricisinin, ABS sisteminin, maqnetoroloji amortizatorların və stabilizasiya sisteminin proqramı yenidən yazılıbdır. Arxa oxda isə özüqapanan differensial quraşdırılıb.

Ford Mustang 2.3L High Performance modelini zahiri cəhətdən böyüdülmüş ön splitteri, əyləcləri soyutmaya cavabdeh olan əlavə hava girişləri və kiçik arxa spoyler sayəsində tanımaq olar.