Çinin Geely şirkəti kupeşəkilli krossover istehsal edəcəyini rəsmi olaraq təsdiqləyib. Yeni model alıcılıarın nəzərində çin markasının nüfuzunu artırmaqla yanaşı, bu markanın CMA (Compact Modular Architecture) modul platformasında inşa edilmiş ilk avtomobilidir. Xatırladaq ki, bu platforma Geely konserninin sahibi olduğu Volvo şirkəti tərəfindən hazırlanıb.

Yeni platformadan Volvo XC40 və Lynk&Co markasından olan avtomobillərin istehsalına istifadə  edilir. Bir müddət bundan öncə, Geely şirkəti CMA platformasına məxsus olan hibrid güc qurğusundan Geely Borui GE sedanı üçün istifadə etmişdi.

Zavoddaxili FY11 indeksinə malik olan kupe-krossun uzunluğu 4605 millimetr, eni – 1878 millimetr, hündürlüyü isə, 1643 millimetrdir. FY11 modelinin təkər bazasının uzunluğu 2700 millimetrə bərabərdir.

Kupe-kross üçün eksteryerin iki tərtibat variant nəzərdə tutulub. Standart olaraq, krossover perimeter üzrə qara dekor və qara rəngə boyanmış firma radiator barmaqlığı ilə təchiz edilir. “İdman” modifikasiyası isə kuzov rəngində aerodinamik dəsti və seçilən əlavələri olab radiator barmaqlığı ilə seçiləcəkdir.

Kupe-krossoverin daha bir maraqlı cəhəti Valeo firması tərəfindən hazırlanmış matrisa tipli LED fənərləridir. Bu fənərlər, qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün gözünü qamaşdırmamaq üçün işıq dəstinin formasını dəyişmək qabiliyyətinə malikdirlər. Krossoverin rəqəmsal cihazlar panelinin tərtibatı müasir BMW modellərindəki panelin dizaynına bənzəyir.

Multimedia sisteminin displeyi dördbucaqlı formaya malik olsa da, ön paneldəki beşbucaqlı haşiyənin içərisinə salınıb. Modelin təchizatına dəri salon, klimat-kontrol, panoram tavan və elektron yardımçılar dəsti daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Geely FY11 modeli standart olaraq Volvo ilə birlikdə hazırlanmış 177 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki və yeddi pilləli preselektiv “robot” ilə təchiz ediləcəkdir. Bundan başqa, krossover 238 at qüvvəsi hasil edən 2,0-litrlik Volvo Drive-E mühərriki ilə təklif olunacaqdır. FY11 yalnız öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir.

FY11 modelinin rəsmi təqdimat mərasimi yazda keçiriləcəkdir. Krossoverin adı və texniki xarakteristikaları təqdimat zamanı açıqlanacaqdır.