Geely şirkəti dünya bazarlarına özünün Jia Ji minivenini çıxarmaq niyyətindədir. Əlbəttə ki, yeni miniven digər bazarlarda tamamilə başqa adla satılacaqdır. Qyd etmək lazımdır ki, yeni minivenin dizaynı üzərində Piter Horberinin başçılıq etdiyi dizaynerlər komandası işləyib.

Minivenin qabarit uzunluğu - 4706 millimetr, eni - 1909 millimetr, hündürlüyü isə 1664 millimetrdir. Jia Ji modelinin təkər bazasının genişliyi isə 2805 millimetrdir. Avtomobilin klirensi 165 millimetrdir. Miniven üç salon quruluşu ilə təklif ediləcəkdir: 2+2+2, 2+2+3 və 2+3+2. Birinci variant ikinci və üçüncü cərgədə iki fərdi oturacağın, digər ikisi ilə ikinci və yaxud üçüncü cərgədə üçyerli divanın quraşdırılmasını nəzərdə tutur. Maraqlıdır ki, istehsalçı iki üçyerli divan quraşdırılması variantından imtina edib.

Avtomobil ikimərtəbəli mərkəzi tonelə sahibdir ki, məsələn, birinci ”mərtəbədə” xırda əşyaları yerləşdrimək və yaxud mobil telefonu doldurmaq olar. Yuxarıda isə, qızdırılma və soyudulma funksiyasına malik olan stəkanaltılar yerləşdirlib. Ön panelin mərkəzi hissəsində multimedia sisteminin 12-düymlük sensoru yerləşir.

Ən maraqlısı odur ki, salon 72 variantda ətraf işıqlandırmasına malikdir. Tavandakı plafonları isə əl hərəkətləri ilə idarə etmək mümkündür. Arxa cərgənin sərnişinləri havalandırma sisteminin sensorlu displeyindən istifadə edə bilərlər. Minivenin təchizatına panoram tavan, dairəvi görüntü kameraları, rəqəmsal cihazlar paneli və oturacaqların dəri ilə üzlənməsi daxildir.

Minivenin mühərrik çeşidinə üç güc aqreqatı daxil edilibdir. Jia Ji standart olaraq 184 at qüvvəsi və 300 Nm fırlanma anı 1,8-litrlik dörd silindrli turbomühərrik və 6-pilləli mexaniki transmissiya ilə təklif edilir. Bu tandemi 1,5-litrlik turbomühərrikin və 48 voltluq startyor-generatordan ibarət olan “yumşaq” hibrid və iki muftalı yeddi pilləli “robot”təqib edir. “Yumşaq” hibrid 190 at qüvvəsi və 300 Nm təklif edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Minivenin top-variantı məişət şəbəkəsindən qidalanan hibrid aqreqatı ilə təchiz edilir. Hibrid aqreqatın tərkibinə 1,5-litrlik turbomühərrik və elektromotor daxildir. Hibrid qurğu 258 at qüvvəsi və 385 Nm hasil edir. Miniven 13,3 kilovat-saatlıq batareyalardan qidalanır və elektrik rejimində hərəkət edə bilər. Modelin ortalama sərfiyyatı 100 kilometrə 1,6 litrdir.

Minivenin ucuz olmayacağını indidən söyləmək olar. Geely Jia Ji modelinin Çindəki satışlarına gələn ilin birinci yarısında başlanacaqdır.