Çinin Geely konserni yeni modelin şəkillərini dərc edib. Adı açıqlanmayan model, Volvo aqreqatlarında inşa edilmiş kupe şəkilli krossoverdir. Avtomobilin yalnız zavoddaxili indeksi səsləndirilib - FY11.

Kupe-krossoverin əsasını Volvo XC40 və Lynk&Co markasından olan avtomobillərin istehsalına istifadə edilən CMA modul platforması təşkil edir. Xatıraladaq ki, hər iki marka Geely konserninə məxsusdur.

Geely tərəfindən Coupe SUV adlandırılan avtomobilin qabarit uzunluğu 4605 millimetr, təkər bazasının uzunluğu isə 2700 millimetrə bərabərdir. Bu isə, çinli krossoverin eyni ölçülü bazaya malik olan isveçlı «qohumundan» 180 millimetr uzun olduğunu göstərir. 

Geely Coupe SUV modelinin mühərrik çeşidinə 238 at qüvvəli 2,0-litrlik aqreqat və 177 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki daxil olmalıdır. Bu mühərriklər başqa güc variantında Volvo XC40 krossoverində quraşdırılırlar. Bundan başqa, kross-kupenin 1,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid güc qurğusu ilə də təchiz ediləcəyi ehtimal olunur.

Güc aqreqatları iki mufralı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Yeni model haqqında ətraflı məlumat bir müddət sonra təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt