Genesis markası Cənubi Koreyada yenilənmiş G70 sedanını təqdim edib. Yenilənmiş sedan üçölçülü cihazlar panelinə, genişləndirilmiş yardımçı sistemlər kompleksinə və karbonplastikdən elementləri təklif edən Ultimate dəstinə sahib olub.

Genesis G70 modelinin əsas yeniliyi aktiv təhlükəsizlik sistemlərinin genişləndirilmiş siyahısı olub. Sedan öndən toqquşmaların qarşısını alan sistemə, zolaqda saxlama funksiyasına, sürücünün vəziyyətinə nəzarət sisteminə, avtomatik uzaq işıqlara və naviqasiya sisteminin məlumatlarından istifadə edən “ağıllı” kruiz-kontrola sahib olub. Əlavə ödənişlə G70 sedanını köndələn trafikə nəzarət sistemi və arxadan yaxınlaşan avtomobil barədə xəbərdarlıq edən funksiya ilə təchiz etmək mümkündür.

Yenilənmiş sedan stereskopik effekti olan 12,3-düymlük rəqəmsal cihazlar panelini qoruyub-saxlayıb. Bundan başqa, havalandırma sistemində “tunel” funksiyası peyda olub. Naviqasiya sistemindən tunel barədə məlumat alan sistem avtomatik olaraq şüşələri bağlayır, klimat-kontrol isə havanın resirkulyasiyası rejiminə keçir.

Daha bir yenilik təchizat sahəsindədir. Artıq 2,0-litrlik turbomühərriklə təchiz edilmiş sedanı karbonplastikdən elementləri olan Ultimate dəsti ilə sifariş etmək olar. Dəstin tərkibinə karbondan hazırlanmış güzgü gövdələri, sükandakı və mərkəzi konsoldakı örtmələr daxil edilib. 3,3-litrlik biturbomühərrik ilə təchiz edilmiş Genesis G70 modeli isə Brembo əyləc mexanizmləri və Michelin Pilot Sport 4S şinləri ilə təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt

Modelin mühərrik çeşidi dəyişilməz qalıb. Genesis G70 modeli 252 at qüvvəsi və 353 Nm hasil edən 2,0-litrlik turbomühərrik və 365 at qüvvəsi və 510 Nm hasil edən 3,3-litrlik V6 biturbo mühərriki, həmçinin 199 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel mühərriki daxildir. Transmissiya – səkkiz pilləli “avtomatdır. 2,0-litrlik mühərriki 6-pilləli mexaniki ötürmələr qutusu ilə də sifariş etmək olar.