Genesis premium markası yeni G80 sedanının "amerikan" qiymət siyahısını dərc edib. Sedanın dördsilindrli mühərrik ilə təchiz edilmiş baza versiyası alman rəqiblərindən təxminən 10-12% ucuz olsa da, 3,5-litrlik mühərrik və tam ötürmə sistemi ilə təchiz edilmiş modifikasiyası bənzər təchizatlı BMW 5-Series və Audi A6 modelləri qədər bahalıdır.

Ən sərfəli qiymətə baza təchizatlı arxaötürməli Genesis G80 sedanı malik olacaqdır - 304 at qüvvəsi və 421 Nm fırlanma anı hasil edən 2,5-litrlik benzin turbomühərriki ilə təchiz edilmiş sedanın qiyməti 47,7 min dollardır.

Sedanın standart avadanlıq siyahısına LED işıq texnikası, 18-düymlük təkər diskləri, 10 hava yastığı, 12 istiqamətdə elektriklə tənzimlənən ön oturacaqlar, salonun süni dəri ilə üzlənməsi, 8-düymlük cihazlar paneli və multimedia kompleksinin 14,5-düymlük sensorlu displeyi daxildir.

Yeni Genesis G80 sedanın başlanğıc versiyası, arxaötürməli Mercedes-Benz E 350 modelindən 6.350 dollar, BMW 530i modelindən isə 6.200 dollar ucuzdur. İlin sonuna qədər alman sedanlarının baza versiyalarının qiyməti bir qədər də arta bilər: yenilənmiş E-Class artıq debüt edib və yenilənmiş 5 Series modelinin təqdimatı isə, 27 mayda baş tutacaqdır.

Bununla birlikdə, altısilindrli mühərrikə və tam ötürmə sisteminə malik olan koreya sedanı, "böyük alman üçlüyündəki" rəqiblərindən bir qədər bahalı olacaqdır: 3,5-litrlik 380 at qüvvəli V6 turbomühərrikin’ malik olan Genesis G80 sedanın qiyməti 62.250 dollardan başlayır. Müqayisə üçün, Mercedes-Benz E 450 4Matic modeli 61.550 dollara, Audi A6 55 TFSI Quattro - 59.800 dollara, BMW 540i xDrive isə 61.750 dollara satılır.

Yeni Genesis G80 aktivində alman rəqiblərindən daha güclü olan altısilindrli mühərriki və zəngin təchizatı vardır - 3,5-litrlik mühərrikə malik olan sedan 19-düymlük təkər diskləri, panoram dam, elektronika tərəfindən idarə olunan amortizatorlar, havalandırmalı ön oturacaqlar, qızdırılan arxa oturacaqlar, qızdırılan sükan çarxı, üçzonalı klimat-kontrol və 21-dinamikli Lexicon audiosistemi ilə təklif edilir.

Genesis şirkəti ilk dəfə deyil ki, yeni modellərini Almaniyanın premium markaları ilə eyni səviyyədə qiymətləndirir: məsələn, ABŞ-da Genesis GV80 krossoveri bənzər təchizat səviyyəsinə malik olan BMW X5 və Mercedes-Benz GLE-dən cüzi miqdarda ucuzdur.

Modifikasiya, ötürmə, mühərrik növü, güc, qiymət (ABŞ dolları)

G80 2.5T RWD, arxa, 8AT benzin, 304 at qüvvəsi, 47700-dən

G80 2.5T AWD, tam, 8AT benzin, 304 at qüvvəsi, 50 850-dən

G80 3.5T RWD, arxa, 8AT benzin, 380 at qüvvəsi, 59 100-dən

G80 3.5T AWD, tam, 8AT benzin, 380 at qüvvəsi, 62,250-dən