Kolesa.ru nəşrindəki həmkarlarımız qrafik redkatorla silahlanaraq seriya sedanın görkəmini yaratmaq fikrinə gəlinlər. Yeni nəsil Genesis G80 modelinin eksteryerinin ən parlaq detalı ikimərtələbi LED fənərlər olmalıdır. Belə optikanın gələcəkdə Genesis brendinin vizit kartına çevriləcəyi də istisna olunmur. Bundan başqa, sedanın radiator barmaqlığı da iri formaya malik olmalıdır. Yan tərəfdəki zərif xətt və dayaqlarda “oturan” güzgülər avtomobilin tanınan elementlərindən olmalıdır.

Avtomobilin arxa fənərləri də ikimərtəbəli ola bilərlər. G80 modelinin zahirinin bütövlüyünü pozmamaq üçün  nömrə nişanı baqaj qapağından arxa bamperə keçirilib. Yeni Genesis G80 sedan olaraq qalsa da, kuzovun formaları ilə daha çox lftbeki xatırladır.

Genesis brendinin başçısı Manfred Fitceraldın sözlərinə görə, yeni Genesis G80 sedanı sentyabr ayında Cənubi Koreyada keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir. Avtomobil haqqında yeganə məlum olan, onun top variantının 370 at qüvvəli 3,3-litrlik V6 biturbomühərriki ilə təchiz ediləcəyidir.