Formula 1 çempionatında yeganə amerikan komandası olan Haas F1 Team yeni 2019-cu il mövsümü üçün hazırladığı livreyanı təqdim edəcəyi tarixi açıqlayıb. Qeyd etmək lazımdır ki, keçən il olduğu kimi, amerikan komandası yeni döyüş rənglərini ilk təqdim edən komandalardan biri olacaqdır.

Amerikalılar yeni livreyada olan bolidi 7 fevral tarixində təqdim edəcəkdirlər. Komanda artıq sosial şəbəkələrdə #LiveryUnveil #NewWeekNewEra həşteqləri olan tizeri dərc edərək, bu barədə məlumat yayıblar. Ən maraqlısı oldur ki, tizerlərdə energetik içki istehsalçısı Rich Energy şirkətinin loqotiöi də vardır. Məhz bu şirkət yeni mövsümdə  Haas komandasının baş sponsoru olmalıdır.