Haval markasaının “köpək” ailəsi brutal dizayna və yüksək keçim qabiliyyətinə malik olan krossoverlərindən ibarətdir. Şirkət artıq 4620 millimetrlik DaGou (“böyük köpək”) və 4520 millimetrlik KuGou (“bərkgedən köpək”) modellərinin istehsalını işə salıb. Tezliklə adı çəkilən krossoverlərə başqa bir “köpək” - Çendu avtosalonunda debüt etmiş Haval H-Dog krossoveri qoşulacaqdır

Dizaynerlər yeni modelin kuzovunun formaları və nisbətləri üzərində yaxşıca işləyiblər, çünki şəkillərdə avtomobil yığcam görünür. Əslində, H-Dog Haval markasının model çeşidində ölçülərinə görə, məsələn, Chery Tiggo 8 ilə müqayisə edilə bilən ən böyük “köpəkdir”. Onun uzunluğu 4705 millimetr, eni - 1908 millimetr, hündürlüyü - 1780 millimetrdir. H-Dog modelinin təkər bazası 2810 millimetrdir. Ofrouderin debüt versiyası 19-düymlük təkər diskləri ilə təchiz olunub.

Haval H-Dog  modeli köndələn yerləşən mühərriki olan ön ötürməli L.E.M.O.N. modul platformasına əsaslanır. Ancaq Haval H-Dog modeli krossoverə görə yaxşı ofroud potensialına malikdir: o, 200 millimetrlik klirens, 24 dərəcəlik giriş bucağı, 30 dərəcəlik çıxış bucağı və 560 millimetrlik çay keçidini qət etmək imkanı ilə ğyünə bilər. Bununla yanaşı, məcburi kilidlənməli (ön tərəfdə də daxil olmaqla) BorgWarner diferensialları və idarəetmə elektronikasının doqquz ofroud rejimi vəd edillib.

Krossoverin başlanğıc versiyası Great Wall şirkətinin digər avtomobillərindən tanış olan L.E.M.O.N. DHT güc qurğusu ilə təchiz edilən plagin hibriddir. Tamötürməli Haval H-Dog krossoveri ümumilikdə 326 at qüvvəsi və 530 Nm hasil edən 1,5-litrlik benzin turbomühərrikinə və iki elektromotora (hər oxda biri) malikdir. Sistem həm paralel, həm də ardıcıl rejimdə işləyə bilər.

Aşağı sürətlərdə ön təkərləri yalnız elektrik mühərriki hərəkətə gətirir, benzin mühərriki isə generator kimi çalışır. Yüksək sürətlərdə isə, muftanın köməkliyi ilə daxili yanma mühərriki də elektromotora yardıma gəlir. Adi ötürmələr qutusunun əvəzinə robotlaşdırılmış dəyişdirmə mexanizmi olan ikipilləli azaldıcı reduktor quraşdırılıb: ikinci pillə təxminən 65 km/saat sürətində qoşulur. Dartma akkumulyatoru salonun döşəməsinin altında yerləşdirilib, dolu batareyanın enerjisi hərəkət şəraitindən asılı olaraq 50-150 kilometr yürüyüşə kifayət etməlidir.

Image alt Image alt Image alt Image alt

H-Dog modelinin salonu DaGou/Dargo modelinin üslubunda dizayn edilib. Burada ekranının əlavə yuxarı sektoru olan virtual cihazlar paneli və media sisteminin böyük displeyi var, ön panelin sərnişinin tərəfində isə, iri tutacaq quraşdırılıb. Lakin Haval H-Dog modeli konveyer xəttinə yalnız gələn il çıxacaqdır. Onun satışlarının başlanmasına yaxın şirkət modifikasiyaların tam çeşidini açıqlayacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.